YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünya milli birliyimizə, həmrəyliyimizə bir daha şahid oldu

Ramil Orucov

YAP Gəncə şəhər təşkilatının sədri

Ölkə Prezidenti cənab İlham Əliyevin gösətirişi ilə dünya Azərbaycanlılarının V Qurultayının – Zəfər Qurultayının məhz Şuşada, türk dünyasının mədəniyyət paytaxtında, qələbə rəmzində keçirilməsi təsadüfi deyil. Müasir tariximizin qürur və şərəf dolu qəhrəmanlıq salnaməsini yazan Azərbaycan xalqı 2020-ci ilin 8 noyabr tarixindən bu yana olan hər gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Şuşa, biz səni dirçəldəcəyik” nidalarına köklənib. O tarixdən etibarən qalib xalqımız 30 illik həsrətdən sonra yurda qayıdışın sevincini yaşayır. Məhz bunun üçün dünya Azərbaycanlılarının V qurultayı Azərbaycanın qazandığı tarixi zəfərin simvolu sayılan Şuşada keçirilir.

Çox böyük tarixi məna daşıyan Zəfər Qurultayı 65 ölkədən 400-dən soydaşımızı Şuşada topladı. Torpaqlarımızın işğaldan azad olunmasından sonra dünya Azərbaycanlılarının ilk böyük görüşü Şuşada reallaşdı. Dünya Azərbaycanlıları bir daha nümayiş etdirdilər ki, dünyanın harasında yaşamalarından asılı olmayaraq öz Vətənlərinə bağlıdırlar. Müstəqil Azərbaycan bütün Azərbaycanlıların Vətənidir. Bu eyni zamanda Azərbaycan dövlətinin gücünün və dünya Azərbaycanlılarının möhkəm həmrəyliyinin təzahürüdür.

44 günlük Vətən Müharibəsində bizi Qələbəyə aparan əsas amillərdən birinin də milli birliyimiz, sarsılmazlığımız, xalqın vahid bir rəhbərə etimad göstərməsi, haqqı, ədaləti bərpa etmək arzusu idi. Qəhrəman Azərbaycan xalqı Qələbə çaldı, bütün dünyaya sübut etdi ki, Qarabağ – Azərbaycandır! Bir daha təsdiq edildi ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixin qızıl dövrünü yaşayır.

Bəli, bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş siyasət nəticəsində Şuşa dünya Azərbaycanılarının Zəfər Qurultayına ev sahibliyi edir. Hələ neçə-neçə beynəlxalq tədbirlərin də keçirildiyi məkan Şuşa olacaq.

Prezident cənab İlham Əliyev qurultayın açılışındakı çıxışında diaspor təşkilatlarımız qarşısında ciddi tapşırıqlar qoydu. Dövlət Başçımız qurultayda öz nitqində bir çox məsələlərə toxundu və dünya Azərbaycanlıları üçün postmünaqişə dövrünə uyğun yol xəritəsi cızdı, haqlı olaraq Azərbaycan xalqının heç zaman bu işğalla barışmadığını vurğuladı.

Yeni reallıqları, həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqda xaricdə yaşayan Azərbaycanlıların, diaspor təşkilatlarının üzərinə daha böyük məsuliyətlər düşür. Eyni zamanda xaricdə yaşayan azərbaycanlıların bu sahədə imkanları daha genişdir. Onlar yaşadıqları ölkələrin ictimaiyyətini daha ətraflı maarifləndirmək imkanına malikdirlər. Qarşıya qoyulan əsas hədəf də tarixi Zəfərin reallıqlarını dünya ictimaiyyətinə çatdırmaqdır.

Azərbaycan xalqının əzmi, Vətən sevgisi, Azərbaycan əsgərinin gücü və bütün bu amillərin Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə “dəmir yumruğa” çevrilməsi 44 günlük Vətən müharibəsinin nəinki regionda, eyni zamanda, dünyada yeni reallıqların başlanğıc nöqtəsi oldu. Bu şərəfli tarixin davamı olan Azərbaycan mədəniyyətinin incisi olan Şuşada reallaşan tarixi qurultay soydaşlarımızın yaşadıqları ölkələrdə fəaliyyətlərini daha əzmlə davam etdirmələrinə təkan verəcək.