YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qərib Mürşüdov: Zəfər Qurultayı dünya azərbaycanlılarının Vətən üçün görəcəkləri işlərin müəyyənləşdirilməsində böyük əhəmiyyətə malikdir

Bu vaxtadək alim kimi bir çox elmi konfranslarda iştirak etmişəm. Zəfər Qurultayında isə dünyanın müxtəlif ölkələrində yaşayan ziyalı insanlarla bir məqsəd ətrafında toplaşmışıq. Belə bir Qurultayda iştirak ediyimə görə xoşbəxtəm. Alim olaraq Qurultayda elmi müzakirələrdə iştirak etməkdə, dünya azərbaycanlılarının qarşılaşdığı problemlərin düzgün həlli yollarının axtarılıb tapılmasında maraqlıyam.

Bu fikirləri Dünya Azərbaycanlılarının V Qurultayında iştirak edən Kembric Universitetinin Molekulyar biologiya laboratoriyasının qrup rəhbəri Qərib Mürşüdov deyib.

O qeyd edib ki, Dünya Azərbaycanlılarının V Qurultayı müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların qarşılaşdığı çətinliklərin aradan qaldırılmasında, hər bir soydaşımızın Vətən üçün görəcəyi faydalı işin istiqamətinin müəyyənləşdirilməsində böyük əhəmiyyətə malikdir. Təbii ki, belə bir Qurultayın keçirilməsi həm də Azərbaycanın güclənməsi və inkişafı üçün vacibdir.

Zəfər Qurultayının Şuşada keçirilməsinin mühüm tarixi hadisə və böyük əhəmiyyətə malik olduğunu deyən Q.Mürşüdov bildirib ki, 30 ildən sonra dünya azərbaycanlıları Şuşanın işğaldan azad olunduğu günü böyük qürur hissi ilə bayram kimi qeyd ediblər.

“Ümidvaram ki, Şuşa gələcəkdə nəinki turizm, həm də mötəbər tədbirlərin keçirildiyi mərkəz olacaq və Azərbaycanın gələcək inkişafına töhfə verən şəhərə çevriləcək. Burada belə tədbirlərin keçirilməsi Şuşanın tarixinin və mədəniyyətinin təbliği baxımından da böyük əhəmiyyətə malikdir,” – deyə Q. Mürşüdov vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv