YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Effektiv idarəetmə” haqda seminar təşkil edilib

“Azərbaycan-Çin Məzunları Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı və “Azərbaycanlı Tələbələr və Məzunlar Platforması”nın dəstəyi ilə Çin məzunlarının qatıldığı “Effektiv idarəetmə” adlı seminar keçirilib.

İctimai Birlikdən bildiriblər ki, seminarda YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə iştirak edib. Tədbirin açılışında Çinin ali təhsil müəssisələrindən məzun olan azərbaycanlı tələbələrin idarəetmə və digər bacarıqlarının inkişaf etdirilməsinin vacibliyini bildirən İctimai Birliyin sədri Hikmət Zeynallı bu tip seminarların müntəzəm keçiriləcəyini vurğulayıb.

Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə aparılan kadr islahatlarına uyğun olaraq, gənclərin idarəetmədə rolunun artmasından danışıb. Xaricdə təhsil alan azərbaycanlı gənclərin vətənləri üçün önəmli layihələr həyata keçirməsinin vacibliyinə diqqət çəkən Vüqar Rəhimzadə onların şəbəkələnməsinin önəmli olduğunu bildirib, idarəetmədə müxtəlif yanaşmalar haqda geniş məlumat verib.

Tədbirin sonunda müxtəlif mövzularda müzakirələr aparılıb, xatirə şəkili çəkilib