Xəbərlər
Qırğızıstan iqtisadiyyatının enerji sektoru Azərbaycan şirkətləri üçün maraqlı ola bilər
Rövlan Heydərov
YAP Naftalan şəhər təşkilatının sədri
Azərbaycanla Qırğızıstan mühüm tərəfdaşdır və iki ölkə arasında münasibətlər onların ortaq tarixindən, mədəniyyətindən, dilindən, müştərək mənəvi və dini dəyərlərindən irəli gələn möhkəm dostluq və qardaşlıq tellərinə əsaslanır. Dost və qardaş ölkələr olan Azərbaycan Qazağıstan arasındakı münasibətlər hazırda keyfiyyətcə yeni səviyyəyə çatıb. İki ölkə arasında on sənədin imzalanması, onların arasında ikisininin-Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandumu xüsusi qeyd etmək lazımdır. Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq həmişə bir-birini dəstəkləyir.
Bu gün Qırğızıstanın kifayət qədər investisiya imkanları vardır. İki dövlət arasında münasibətləri daha da irəli aparmaq üçün kifayət qədər potensial var. Hazırda Qırğızıstan iqtisadiyyatının enerji sektoru Azərbaycan şirkətlərinə maraqlı ola bilər. Azərbaycan şirkətlərinin müasir enerji müəssisələrinin, elektrik stansiyalarının, o cümlədən istilik elektrik stansiyalarının yaradılmasında müəyyən təcrübəsi var. Qarşılıqlı əməkdaşlığa və Azərbaycanın investisiya potensialına çox ehtiyac olar.
Enerji sahəsində və digər sahələrdəki məsələlər Prezident cənab İlham Əliyevin Azərbaycanın aparıcı şirkətləri ilə görüşü zamanı daha ətraflı müzakirə ediləcək. Azərbaycan şirkətlərinin bu görüşə çox böyük marağı var. Qırğızıstan Prezidentinin rəhbərliyi ilə həm xarici investisiyaların cəlb edilməsi, həm də əlverişli investisiya şəraitinin yaradılması üçün çox mükəmməl investisiya siyasəti həyata keçirilir. Qırğızıstan Prezidentinin nəzərdə tutduğu bütün planların qısa müddət ərzində yerinə yetirilməsinə imkan verəcək.
İki ortaq kökə malik ölkələr arasında imzalanan sənədlər bundan sonra münasibətlərin daha da inkişaf etdiriləcəyinin və genişlənəcəyinin əyani sübutu oldu.