YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Elvar Qasımovun övladının doğum günü qeyd olunub

İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn şəhid Elvar Qasımovun qızı Fidanın doğum günü münasibətilə Vətən qəhrəmanının ailəsi ziyarət olunub.

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Ağdam Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Məmmədov şəhidin ailəsinə baş çəkiblər.

YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev balaca Fidanı doğum günü münasibətilə təbrik edib, Elvar Qasımov kimi igid oğullarımızın sayəsində Vətən müharibəsində qazanılan şanlı Qələbənin Azərbaycan tarixində əbədi qalacağını söyləyib. 

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. 

Daha sonra tədbir iştirakçıları şəhidin məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüb, ruhuna dualar oxuyublar.

Qeyd edək ki, Elvar Qasımov 2020-ci il oktyabrın ayının 5-də Vətən müharibəsi döyüşlərində şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilib.