YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu öndərin ana dilinə olan sonsuz sevgi və qayğısı

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri 

Ümummilli lider Azərbaycana rəhbərlik etdiyi dövrdə respublikamızı tarixin ağır sınaqlarından məharətlə çıxararaq, onu inkişafa və tərəqqiyə doğru aparmışdır. Bu gün müşahidə etdiyimiz gerçəklikləri о dövrün çətin reallıqları ilə müqayisə etdikdə görərik ki, Heydər Əliyev ölkəmizin qarşısında duran problemlərin həllinə nail olmağı, dövləti böhranlı durumdan çıxarmağı bacarmışdır. Bu da bir həqiqətdir ki, bütün dünya Azərbaycanı və azərbaycanlıları Heydər Əliyevin timsalında tanıyırdı. Ona görə ki, Heydər Əliyev sözün həqiqi mənasında Böyük Azərbaycanlı idi.

Ümummilli liderin xalqımız qarşısında xidmətləri çoxdur. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi ilk illərdən etibarən Azərbaycanın iqtisadi-təsərrüfat problemləri ilə yanaşı, mənəvi-mədəni həyatını da diqqətdən kənarda qoymamış, bu sahədə də böyük işlər görmüşdür. Ümummilli Liderin siyasi müdrikliyi 70-ci illərin ikinci yarısında Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının hazırlanması və qəbulu zamam özünü bir daha göstərdi. Moskvanın, eləcə də Moskvaya xidmət edən qüvvələrin müqavimətinə baxmayaraq, respublikanın rəhbəri böyük iradə nümayiş etdirib Konstitusiyaya dövlət dili ilə əlaqədar xüsusi maddə salınmasma nail oldu. Məhz 70-ci illərdən etibarən Azərbaycanın müxtəlif ali məktəblərində “Ana dili və ədəbiyyat” ixtisası üzrə tələbə qəbulunun həcmi xüsusilə artırıldı, qəbulda ana dilindən yazılı imtahan ən müxtəlif ixtisaslar üzrə məcburi hesab edildi.

Ulu öndərin dilimizin adı ilə bağlı mülahizələri sübut etdi ki, onun apardığı dil siyasəti milli dövlət quruculuğu siyasəti ilə, azərbaycançılıq konsepsiyası ilə sıx bağlıdır. Onu da qeyd etmək lazımdır ki, xalqımızın Ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış və 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının əsas qanununa - Konstitusiyasına “Dövlət dili” adlanan ayrıca bir maddə daxil edildi. Ümummilli liderin ölkəmizdə apardığı məqsədyönlü və uğurlu dil siyasətinin əsaslarını özündə birləşdirən Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci  maddəsində birmənalı şəkildə qeyd olunur:

I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.

II. Azərbaycan Respublikası əhalisinin danışdığı başqa dillərin sərbəstişlədilməsini və inkişafını təmin edir.

Ulu öndərin ana dilinə olan sonsuz sevgi və qayğısının təzahürü olan bu addımı ölkəmizdə dilçiliyin daha da inkişafı üçün geniş imkanlar açdı, dilçi alimlərə qol-qanad verdi, elmi ictimaiyyətdə böyük ruh yüksəkliyi yaratdı. Ulu öndər dilimizin adı məsələsi ilə bağlı çoxsaylı çıxışlarında bu məsələyə siyasi uzaqgörənliklə, müdrikcəsinə yanaşaraq demişdir: “Tarixi köklərimizə, tarixi keçmişimizə böyük hörmət və ehtiramı bildirərək, eyni zamanda bu gün deməliyik ki, XX əsrdə bizim dilimiz öz inkişaf dövrünü keçib, formalaşıb və gəlib dövlət dili səviyyəsinə çatıb. Bizim dilimiz Azərbaycan dilidir, biz azərbaycanlıyıq, respublikamız Azərbaycandır. Tarix, dilçilik elmi nöqteyi-nəzərindən Azərbaycan dili dünyada mövcud olan türk dilləri qrupuna daxildir”

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan dilinin qorunmasına və inkişafına tarixin bütün dövrlərində xüsusi diqqət yetirmişdir. Ümummilli liderimiz  2001-ci ilin 18 iyununda “Dövlət dilinin təkmilləşdirilməsi haqqında ” və  “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli fərmanları imzalamışdır. Bu tarixi sənədlər dilimizin inkişafı və tətbiqi sahəsində meydana çıxan problemlərin həllində mühüm rol oynamışdır

Bu gün müstəqil Azərbaycanda bütün digər sahələrdə olduğu kimi, ana dilimizin saflığının qorunması, daha da inkişaf etdirilməsi istiqamətində də Ulu Öndərin siyasi kursu hərtərəfli şəkildə və yüksək səviyyədə davam etdirilir. Heydər Əliyevin dil siyasəti, Azərbaycan dilinin inkişafına, işlənmə arealının genişlənməsinə göstərdiyi qayğı, onun siyasi varisi möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən əzmlə dilimizə, ədəbiyyatımıza, mədəniyyətimizə çox böyük sevgi ilə davam etdirilir.