YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abşeronda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb

Abşeron rayonunda vətənin bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsinə və qazilər üçün iftar süfrəsi açılıb. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, din xadimləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edib və dövlət himnini səslənib.

Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək xalqımızın qisasının alındığını, artıq şəhidlərimizin ruhunun şad olduğunu bildirib. Onun sözlərinə görə, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ordumuz cəmi 44 gün davam edən Vətən Müharibəsində düşməni məğlub edib. Xalqımız “Dəmir Yumruq” ətrafında sıx birləşərək 30 illik vətən həsrətinə son verib, bütün şəhidlərimizin qisasını döyüş meydanında layiqincə alınıb. O qeyd edib ki, hazırda işğaldan azad olunan ərazilərimizdə böyük quruculuq-bərpa işləri aprılır.

Ramazan günlərində anım tədbirlərin davamlı olacağını, Abşeron rayonunun digər kənd və qəsəbələrdə də ayrı-ayrılıqda iftar ziyafətlərinin açılacağını əlavə edən A.Fərzəliyev burada əsas məqsədin şəhidlərimizin əziz xatirəsini həyatımızın bütün anlarında, xalqımıza xas olan ən əziz günlərimizdə, bayramlarımızda yada salmaq və ruhlarına dualar oxumaq olduğunu deyib.

Daha sonra Xırdalan şəhər “Cümə” məscidinin imamı Hacı Azər Qafarov, ilahiyyatçı Hacı Şahin Həsənli, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, şəhid Elşad Həsənovun həyat yoldaşı Aksana Həsənova və Abşeron Rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev çıxışlarında Vətən müharibəsində Azərbaycanın əldə etdiyi şərəfli Qələbədən, ordumuzun göstərdiyi şücaətlərdən danışıblar. Çıxışçılarda şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində diqqət və qayğının göstərilməsinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edilib.

Sonda din xadimləri şəhidlərin əziz ruhlarına dualar oxuyub.