YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkmənistan, Azərbaycan və Türkiyə arasında Türkmənistan qaz yataqlarının işlənməsi, qazın hasilatı və tranzitinə dair yüksək səviyyədə danışıqlar aparılır

Aşqabadda Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə Moldova Prezidenti Nikolaye Timoftinin görüşündə əsas müzakirə obyekti Türkmənistan, Azərbaycan və Türkiyə arasında Türkmənistanın qaz yataqlarının işlənməsi, qazın hasilatı və tranzitinə dair yüksək səviyyədə danışıqlar prosesi olub.
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Aşqabadda rəsmi səfərdə olmuş Moldova Respublikasının Prezidenti Nikolaye Timofti ilə aparılmış danışıqlardan sonra bu barədə kütləvi informasiya vasitələrinin nümayəndələrinə müraciətində məlumat verib.
Moldova lideri bildirib ki, danışıqlar çərçivəsində energetika sektorunda əməkdaşlıq və enerji təhlükəsizliyinin təmin edilməsi, Xəzər dənizi regionunda təbii qaz ilə bağlı həyata keçiriləcək layihələrdə Türkmənistanın iştirakı məsələlərinə də toxunulub.
Türkmənistan dövlətinin başçısı Moldova Respublikasının Prezidenti Nikolaye Timoftinin toxunduğu Xəzər qaz kəməri məsələsi ilə əlaqədar bildirib ki, Türkmənistan karbohidrogen yataqlarının işlənilməsini və onların beynəlxalq bazarlara ixracını şaxələndirmə prinsipləri əsasında həyata keçirir. Bununla əlaqədar o qeyd edib ki, hazırda Türkmənistan təbii qazı Rusiyaya, İrana (iki istiqamət üzrə), habelə Çinə (30 milyard kubmetr) ixrac edilir. Gələcəkdə “mavi yanacaq” ixracının həcmini daha da artırmaq barədə razılıq əldə edilib.
Prezident Qurbanqulu Berdiməhəmmədov qeyd edib ki, Türkmənistan Avropa vektoruna xüsusi əhəmiyyət verir və bununla əlaqədar Türkmənistan, Azərbaycan və Türkiyə arasında Türkmənistanın təbii qaz yataqlarının işlənməsi, qazın hasilatı və tranziti barədə yüksək səviyyədə danışıqlar aparılır.