YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev 21-ci əsr milli inkişaf strategiyamızın yaradıcısı və memarıdır

Hikmət Babaoğlu

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Prezident İlham Əliyev 21-ci əsr milli inkişaf strategiyamızın yaradıcısı və memarıdır. Onun 2003-cü ildə Azərbaycanda  siyasi hakimiyyətə gələməsi müstəqillik tariximizin ayrıca bir mərhələsini təşkil edir. Hər şeydən öncə bu mərhələ müstəqilliyimizin möhkəmləndirilməsi, iqtisadi dayanıqlılığımızın artırılması, sosial dövlət öhdəçiliklərinin realizə edilməsi, ölkəmizdə hərbi sənayenin yaradılması və ordu quruculuğunun yenidən təşkili, yeni regional və qlobal layihələrin həyata keçirilməsi, xarici siyasət kursunda hücum diplomatiyası strategiyasının müəyyənləşdirilməsi, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinin və rolunun daha da artırılması mərhələsidir. Buna paralel olaraq eyni zamanda çoxsaylı sosial layihələrin həyata keçirilməsi, vətəndaşlarının rifahının yaxşılaşdırılması, iqtisadi inkişafın təmin edilməsi,  inkluziv cəmiyyətin qurulması və bütün sahələrdə tərəqqinin əldə edilməsi dövrüdür. 2003-cü ildən 2018-ci ilədək xarakterik olan bu inkişaf ənənələri 2018-ci ildə İlham Əliyevin yenidən Prezident seçilməsi ilə növbəti, daha intensiv inkişaf mərhələsinə qədəm qoymuş oldu. Bu mərhələ dərin islahatlar, regional layihələrin uğurla reallaşdırılaraq başa çatması, 2011-ci ildən başlayaraq Azərbaycanın BMT Təhlükəsizlik Şurasının Qeyri Daimi üzvü kimi bu beynəlxalq təşkilata iki il rəhbərlik etməsi təcrübəsinin  2019-2022 –ci illərdə Qoşulmama Hərakatına rəhbərlik edəcək mərhələsinə qədər beynəlxalq nüfuzunun artması hadisəsidir. Ancaq 2018-ci il prezident seçkilərindən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın əldə etdiyi ən böyük tarixi naliyyət və uğur heç şübhəsiz ki, 2020-ci ildə 44 günlük müharibədən sonra tarixi zəfər əldə edərək ərazi bütövlüyümüzü bərpa etməsidir. Bu hadisə təkcə İlham Əliyevin hakimiyyəti dövrünün parlaq zəfəri deyil  bütövlükdə Azərbaycanın hərbi siyasi tarixinin son 200 ildə əldə etdiyi ən böyük qələbə, ən parlaq zəfərdir. Tarixi qələbəmiz özlüyündə nə qədər çətin əldə edilən bir naliyyət idisə bu qələbəmiz nəticəsində reguonumuzda yaranan yeni güc balansının və strateji konfiqurasiyanın dünyaya qəbul etdirliməsi işi də bir o qədər çətin bir proses idi. Elə cəmisi bir neçə gün əvvəl Avropa İttifaqının paytaxtı Brüsseldə keçirilən üçtərəfli görüşdən sonra əminliklə qeyd edə bilərik ki, yeni reallıq artıq təkcə region ölkələri tərəfindən deyil bütövlükdə Avropa tərəfindən də qəbul edildi. Artıq regionun gələcəyi Azərbaycanın irəli sürdüyü beş baza prinsipi əsasında müəyyənləşəcək. Başqa sözlə Prezident İlham Əliyevin siyasi strategiyası Cənubi Qafqaz kimi mürəkkəb bir tarixi –siyasi coğrafiyada mümkün sülhü diqtə edəcək. Hazırda xalqımız tarixi zəfərimizin yaratdığı yeni reallıqlar sayəsində uzun illərdir gözlədiyi Böyük Qayıdış təntənəsini yaşamaqdadır. Bu isə növbəti tarixi inkişafımız, rifah və naliyyətlərimizin  başlanğıcıdır.