YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnanırıq ki, Azərbaycan idmançıları gələcəkdə də yeni-yeni qələbələrə imza atacaq

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

Əbəs yerə Azərbaycanı beynəlxalq aləmdə həm də idman ölkəsi kimi tanımırlar. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclərə, idmana göstərilən diqqət, qayğı günbəgün öz bəhrəsini verməkdədir.

Bir neçə gün öncə Bolqarıstanda keçirilmiş Avropa Çempionatında güləşçilərimizin əldə etdiyi möhtəşəm qələbənin sevincindən ayrılmamış, bu dəfə güləşçilərimiz Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Avropa Çempionatında bir daha xalqımızı sevindirmiş, bu yarışda üç qızıl, altı gümüş və yeddi bürünc medal olmaqla, 16 medal qazanaraq böyük uğura imza atmışlar. Belə ki, həm sərbəst güləş, həm də yunan-Roma güləşi üzrə komandalarımız Avropada birinci oldular və iki komandanın eyni vaxtda Avropa çempionu olması ilə güləş tariximizdə yeni bir rekorda imza atıldı. Bununla da Azərbaycanın idman şöhrətini yüksəklərə qaldıran idmançılarımız sübut etdilər ki, Azərbaycan nəinki hərb meydanlarında, diplomatik arenalarda, həm də idman arenalarında möhtəşəm qələbələrə imza atmaqdadır.

Əlbəttə ki, 44 günlük Vətən müharibəsində Şanlı Zəfərə imza atmış Qalib xalqı təmsil etmək həm böyük qürur, həm də böyük məsuliyyətdir. Odur ki, bu gün istənilən yarış meydanlarına, idman arenalarına Müzəffər ölkənin, Qalib xalqın təmsilçisi kimi çıxmaq özü bir şərəfdir. Avropada həm gənclər, həm də böyüklər arasında birinci yeri tutmaq, himnimizi səsləndirmək, üçrəngli bayrağımızı yüksəkliklərə qaldırmaq, ölkəmizin beynəlxalq aləmdə nüfuzunu artırmaqla yanaşı, həm də sübut edir ki, Azərbaycanda qədimdən mövcud olan güləş ənənələri, idman ənənələri bu gün də yaşayır və bu sahədə milli dəyərlər əsasında tərbiyə almış vətənpərvər gənc nəsil yetişir.

Cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin Prezidenti seçildikdən sonra Azərbaycan həm də Olimpiada ənənələri olan bir ölkəyə çevrildi. Bununla da Azərbaycan idmançıları nəinki Avropa və dünya, eləcə də Olimpiya Oyunlarında uğurla çıxış edərək, yeni-yeni qələbələrə imza atdılar. İnanırıq ki, iki ildən sonra Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında da Azərbaycan idmançıları ləyaqətlə çıxış edərək ölkəmizin idman gücünü göstərəcək və yenə də birincilər sırasında olacaqdır.

İnanırıq ki, öz şərəf və ləyaqətini, öz qürurunu, öz milli dəyərlərini qələbədən də üstün tutan Azərbaycan idmançıları gələcəkdə də çoxlu sayda yeni-yeni qələbələrə, uğurlara imza atacaqdır!

DİGƏR Xəbərlər Arxiv