YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Sabirabad Rəqəmsal İnkişaf” layihəsinin təqdimat mərasimi keçirilib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Milli Məclisin deputatı Kamal Cəfərov “Sabirabad Rəqəmsal İnkişaf” layihəsinin təqdimat mərasimində iştirak ediblər.

Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının təlim mərkəzində baş tutan tədbirdə layihənin məqsədinin sabirabadlı gənclərdə rəqəmsal bacarıqların formalaşdırılmasına və artırılmasına töhfə vermək olduğu bildirib.

Qeyd olunub ki, proqram çərçivəsində seçilən 10 gəncə proqramlaşdırma, dizayn və digər sahələrdə bilik və bacarıqlara yiyələnmək üçün YAP Sabirabad rayon təşkilatının inzibati binasında müvafiq təlimlər keçiriləcək.

DİGƏR Xəbərlər Arxiv