YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Kamil Şirinovun xatirəsinə inşa edilmiş abidə kompleksinin açılışı olub

Salyanda Xüsusi Təyinatlı Qüvvələrin Kapitanı şəhid Şirinov Kamil Əliş oğlunun doğum günü qeyd olunub.

Bu münasibətlə Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov, Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri Elmar Əhmədov və partiya fəalları, rayon Gənclər İdman İdarəsinin rəisi Araz Hüseynov və əməkdaşları Çuxanlı kəndində şəhidin xatirəsinə inşa edilən abidə kompleksinin açılışında iştirak ediblər.

Çıxışlarda şəhid Kamil Şirinovun şərəfli ömür yolundan danışılıb. Qeyd olunub ki, torpaqlarımızın azadlığı uğrunda canından keçən oğullarımızın xatirəsi daim qəlblərdə yaşayacaq.

Sonra tədbir iştirakçıları şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.