YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Güləşdəki ənənələrimiz yaşayır və güclü gənc nəsil yetişir

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimiz bir daha xalqımızı sevindirdi, böyük qələbə ilə Vətənə qayıtdılar. 16 medal qazanaraq Avropa birincisi olan güləşçilər bir daha Azərbaycanın idmanın şöhrətini yüksəklərə qaldırdılar və dünyanın tanınmış idman nəşrləri bu qələbədən bəhs etdi.

Avropa çempionatında medallardan birini qadın idmançımız, qalanlarını isə sərbəst güləş və yunan-Roma güləşi üzrə kişi komandalarımız qazandı. Beləliklə həm sərbəst güləş, həm yunan-Roma güləşi üzrə komandalarımız Avropada birinci oldular.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Avropa çempionu adını qazanmış güləşçiləri qəbul edərkən bildirdi ki, cəmi 44 gün ərzində böyük tarixi Qələbə qazanmış xalqı təmsil etmək həm böyük qürurdur, həm də böyük məsuliyyətdir. “İdmançılarımız yarışa çıxanda unutmamalıdırlar ki, müzəffər ölkəni və qalib xalqı təmsil edirlər. Həm gənclər, həm böyüklər arasında Avropada birinci yeri tutmaq böyük nailiyyətdir və onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır və güclü gənc nəsil yetişir. Əldə olunan uğurlar ölkəmizin və idmanımızın beynəlxalq nüfuzunu artırır”. Prezidentimiz xüsusi olaraq bir məsələyə diqqəti çəkdi ki, vətənpərvərliyi gücləndirən amillərdən biri tarixi-hərbi Zəfərimizdir və idman uğurlarımızdır. Bunun üçün gənc nəsil mütləq vətənpərvərlik ruhunda tərbiyə almalıdır, milli dəyərlər əsasında tərbiyə almalıdır və Azərbaycan dövləti buna nail olmaq üçün bütün imkanlardan istifadə edir. Bu gün bütün Azərbaycan vətəndaşları - həm idmansevərlər, həm də idmanla o qədər də maraqlanmayan vətəndaşlar həmişə idman arenalarında əldə edilmiş qələbə xəbərlərinə sevinir və yetişməkdə olan gənc nəslin həmin idman növlərinə böyük axını başlayır.

Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə ölkəmizin güclənməsinə töhfə verir. Məhz buna görə də bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır. Azərbaycan dünyada öz taleyini özü həll edən, müəyyən edən, öz siyasətini müstəqil şəkildə aparan və istər döyüş meydanlarında, istər siyasi arenalarda qələbə qazanan az saylı ölkələrdəndir.

“Mən Budapeştdə keçirilmiş çempionatın gedişatına da nəzər yetirirdim, baxırdım, görürdüm ki, ən çətin anlarda rəqib cığallıq edəndə, nalayiq hərəkət edəndə bizim idmançılarımız öz gücü ilə qaydalar çərçivəsində rəqibi yerinə oturda bilmişdilər”. Bu fikirləri ilə Azərbaycan Respublikasının Prezidenti inmaçılarımızı öyür, həm də idman yarışlarında feyr-pley anlayışını unutmamaları tövsiyyə olunur.

Bu gün idmanın müxtəlif sahələrində əldə edilən uğurun təməli 20 25 il bundan əvvəl qoyulub. Bunun üçün ölkənin bütün bölgələrində Olimpiya kompleksləri tikilib, gənclərin müxtəlif idman növlərində istedadları üzə çıxarılıb. İnanırıq ki, yaxın zamanlarda belə müasir standartlara uyğun idman kompleksləri işğaldan azad olunmuş ərazilərimizdə inşa ediləcək. Şərqi Zəngəzurda, Qarabağda yetişmiş gənc nəsil dünya və Avropa çempionatlarında, eləcə də Olimpiadalarda qazandıqları nailiyyətlərlə idmanımıza öz töhfələrini verəcəklər.