YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Yasamal rayon təşkilatında “Azərbaycanın milli maraqları və xarici siyasəti” mövzusunda gənclərlə növbəti görüş keçirilib

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında keçirilən “Azərbaycanın milli maraqları və xarici siyasəti” adlı silsilə görüşlərin budəfəki qonağı YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Vüqar İskəndərov olub.

Görüşün əvvəlində ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gəncləri salamlayan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Ulu Öndərin əsasını qoyduğu və hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin uğurla reallaşdırılması nəticəsində əldə edilən nailiyyətlərdən danışıb. Bildirib ki, Azərbaycan gəncliyi ölkə həyatının bütün sahələrində fəal iştirakı ilə seçilir, ictimai-siyasi, sosial-iqtisadi, humanitar və digər tədbirlərin keçirilməsində mühüm rol oynayır.

YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Vüqar İskəndərov məruzəsi zamanı Azərbaycanda gənclərin maaarifləndirmə işinin aparılmasının dövlət siyasətinin mühüm sahələrindən biri olduğunu söyləyib. O, respublikamızda ulu öndər Heydər Əliyevin banisi olduğu gənclər siyasətinin davam etdirilməsi istiqamətində müasir cəmiyyətimizin maarifləndirilmə yolu ilə inkişafına, dövlətçiliyimizə və xalqımıza layiqincə xidmət etməyi qarşısına məqsəd qoymuş Azərbaycan gənclərinin ictimai fəallığının yüksək olduğunu bildirib. Milli Məclisin deputatı, eyni zamanda Ulu Öndərin gənclərə xüsusi olaraq önəm verməsindən və qayğı ilə yanaşmasından bəhs edib, gənclərin təhsil və karyera sahəsində davamlı inkişafının təmini üçün ölkəmizdə mövcud resurslardan və yaradılan yeni imkanlardan danışıb, tövsiyələrini verib.

Daha sonra müzakirə formatında davam edən görüşdə gənclərin sualları cavablandırılıb, təklifləri dinlənilib.

DİGƏR Xəbərlər Arxiv