YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pirallahı rayonunda Aprel döyüşləri şəhidinin ailəsi ziyarət edilib

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbə müdiri Arzu Abdullayev, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Süpay Məmmədov Aprel döyüşlərində böyük hünər, rəşadət göstərərək şəhidlik zirvəsinə yüksəlmiş Vətən oğu Mehralıyev Sarvan Natiq oğlunun ailəsini ziyarət ediblər.

YAP Pirallahı rayon təşkilatının və Rayon İcra Hakimiyyətinin nümayəndələri şəhid ailəsinin vəziyyəti ilə maraqlanıb, ailəsinə qəhrəman oğul böyütdüklərinə görə təşəkkür edilib.

YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov bildirib ki, 2016-cı ilin Aprel döyüşlərindən 6 il ötməsinə baxmayaraq xalqımız həmin döyüşdə qazandığımız qələbəni bu gün də qürur hissi ilə xatırlayır. Aprel döyüşləri Azərbaycan xalqının və Ordusunun tarixi ərazilərimiz olan Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi üçün hər cür fədakarlığa və hərbi qüdrətə hazır olduğunu bütün dünyaya sübut etdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərb salnaməsinə qızıl hərflərlə yazılan 44 günlük şanlı Vətən müharibəsində Böyük Qələbəyə gedən yolda mühüm əhəmiyyət daşıdı və həmin təcrübəni İkinci Qarabağ müharibəsində uğurla tətbiq edən rəşadətli Azərbaycan Ordusu düşməni darmadağın edərək torpaqlarımızı işğaldan azad etdi.

Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Arzu Abdullayev vurğuladı ki, aprel döyüşləri Azərbaycan ordusunun gücünün bir daha təsdiqi idi. 2016-cı ildə baş vermiş dördgünlük müharibədə qəhrəman əsgər, gizir və zabitlərimiz təcavüzkar Ermənistan ordusuna ağır zərbələr endirərək 2 min hektardan artıq ərazini işğaldan azad ediblər. Azərbaycan Silahlı Qüvvələri Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəklikləri, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyini və Cocuq Mərcanlı kəndini, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində bəzi mövqeləri düşməndən azad etdi. Bu, Ermənistanın işğal altındakı ərazilərdə qurduğu “keçilməz sədd” kimi təqdim edilən müdafiə xəttinin yarılması ilə nəticələn strateji əhəmiyyətli qələbə idi.

Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri, həmçinin şəhid Sarvan Mehralıyevin döyüş yoldaşı olan Süpay Məmmədov döyüş xatirələrindən bəhs edərək vurğuladı ki, aprel ayının 1-dən 2-nə keçən gecə cəbhənin Füzuli istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən Sarvan və qardaşı Namiq Mehralıyevlə qaynar döyüş gedən ön mövqedə döyüşüblər. Düşmənin təhlükəli atəş nöqtəsini susduran, bir neçə hərbi texnikasını və canlı qüvvəsini məhv edən Sarvan Lələtəpəyə ilk olaraq çatmış və burada qəhrəmancasına şəhid olmuşdur. Sarvan Mehralıyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilmişdir.

Qeyd edək ki, ziyarət zamanı Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı tərəfindən şəhid ailəsinə müqəddəs Ramazan münasibətilə bayram sovqatı təqdim edilib.

DİGƏR Xəbərlər Arxiv