YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqın və dövlətin dayanıqlı inkişafına yönəlmiş siyasət

Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatının Quşçu kəndində fəaliyyət göstərən Əli İsmayılov adına ərazi partiya təşkilatında partiya üzvləri ilə görüş keçirilib.

Görüşdə 2018-ci ilin aprelin 11-də keçirilmiş növbədənkənar Prezident seçkilərindən, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin seçicilərin mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilməsindən danışılıb. Bildirilib ki, cənab İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, ölkəmiz böyük inkişaf yolu keçib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb. Görüşdə, həmçinin 44 günlük Vətən müharibəsində qazaılan möhtəşəm Zəfərdən, qəhrəman övladların döyüşlərdə göstərdiyi şücaətlərdən bəhs edilib.

YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev bildirib ki, Azərbaycan dövlətçiliyi Prezident İlham Əliyev tərəfindən çox yüksək səviyyədə qorunur və onun həyata keçirdiyi düzgün siyasət Azərbaycanı yeni zirvələrə aparacaq.

DİGƏR Xəbərlər Arxiv