YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Göygöldə Aprel döyüşləri və Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunub

Göygöl rayonunda Aprel döyüşləri və Vətən müharibəsi şəhidlərinin xatirələri anılıb.

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev və ərazi partiya təşkilatlarının sədrləri, Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova, RİH-in şöbə müdiri Sərdar Balayev, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin rayon şöbəsinin sədri Araz Abbasov, qazilər, gənclər rayondakı Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidi Ruslan İsmayılovun, Əlimədədli kənd qəbiristanlığında isə Aprel döyüşləri şəhidi Sərxan Bağırovun məzarlarını ziyarət edib, ruhlarına dualar oxuyublar.

Tədbir iştirakçıları Əlimədədli kənd qəbiristanlığında Birinci Qarabağ müharibəsi şəhidi Nazim Əsgərovun da məzarı önünə tər güllər düzüb, xatirəsini ehtiramla yad ediblər.

Məktəblilərin ifasında şəhidlərin xatirələrinə həsr edilmiş seirlər səsləndirilib, ədəbi-bədii kompozisiya nümayiş olunub.

Şəhid Ruslan İsmayılovun yaşadığı Çaykənd kəndində şəhidlərin xatirəsinə inşa olunan bulaq kompleksi də ziyarət edilib.

Ziyarətçilər şəhid Ruslan İsmayılovun və Sərxan Bağırovun ailə üzvlərinə da baş çəkib, onların qayğı və problemləri ilə maraqlanıblar. Görüşlərdə şəhidlərimizin şərəfli ömür yolunun və qəhrəmanlıqlarının gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsi olduğu diqqətə çatdırılıb.

YAP Göygöl rayon təşkilatı tərəfindən hazırlanmış xatirə hədiyyələri şəhidlərin ailələrinə təqdim edilib.

Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

DİGƏR Xəbərlər Arxiv