YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Qəhrəman Qorxmaz Eyvazovun xatirəsi doğum günündə anılıb

Azərbaycanın Milli Qəhrəmanı, şəhid Qorxmaz Eyvazovun doğum günü münasibətilə məzarı ziyarət olunub.

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov, Milli məclisin deputatı Mahir Abbaszadə, Milli Qəhrəmanın ailə üzvləri və ictimaiyyət nümayəndələri Sumqayıtdakı Şəhidlər xiyabanında şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən övladlarının xatirəsi ehtiramla anılıb.

Sonra tədbir iştirakçıları Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun torpaqlarımızı işğaldan azad etməsindən, Milli Qəhrəman Qorxmaz Eyvazovun qəhrəmanlığından və keçdiyi döyüş yolundan danışıblar.

Şəhidin ailə üzvləri onlara göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

DİGƏR Xəbərlər Arxiv