YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qaxda Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunub

Qax rayonunda Vətən müharibəsi şəhidləri Babayev Samsun Şəmsəddin oğlunun və Allahverdiyev İsgəndər Nəsir oğlunun doğum günləri qeyd olunub.

Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının fəalları və ərazi partiya təşkilatlarının sədrləri, Rayon İcra Hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qax rayon bölməsinin əməkdaşları və ictimaiyyət nümayəndələri şəhidlərin məzarlarını ziyarət edib, üzərilərinə gül-çiçək dəstələri düzüb, əziz xatirələrini ehtiramla yad ediblər.

Vurğulanıb ki, şəhidlərimiz heç vaxt unudulmur və hər birimiz onlara borcluyuq. Tarix yazan qəhrəmanlarımız daim fəxr və iftixarla anılacaq.

Şəhidlərin valideynləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

DİGƏR Xəbərlər Arxiv