YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Rəşad Novruzovun doğum günü qeyd olunub

Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Novruzov Rəşad Elşad oğlunun doğum günü münasibətilə anım mərasimi keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Sabunçu Rayon İcra Hakimiyyəti aparatının​ Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, şəhidin ailə üzvləri, döyüş yoldaşları və qəsəbə sakinləri iştirak ediblər.

YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov çıxış edərək bildirib ki, 44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbə Azərbaycanın dünyadakı şöhrətini daha da artırdı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Azərbaycan tarixinə yeni səhifə yazdı. Vətən müharibəsində şücaət göstərmiş şəhidlərimiz və qazilərimiz həmişə ehtiramla yad edilir və onlar yetişən gənc nəslə nümunə göstərilir. Qeyd olunub ki, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda əsgər və zabitlərimizin göstərdikləri qəhrəmanlıq hər birimizdə sonsuz iftixar hissi yaradır. Şəhid ailələri, qazilər və müharibə iştirakçıları dövlət tərəfindən daim diqqətdə saxlanılır, mütəmadi olaraq onlarla görüşlər keçirilir, mövcud problemlərinin həllində köməklik göstərilməsi məqsədilə tədbirlər görülür.

Daha sonra şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

DİGƏR Xəbərlər Arxiv