YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aprel döyüşləri qəhrəmanlarının xatirələri anılıb

Aprel döyüşlərinin ildönümü ilə əlaqədar Sumqayıtdakı Şəhidlər xiyabanı ziyarət olunub.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Aparat əməkdaşları, partiya fəalları və “Azərbaycan Bayrağı” ordenli qazi Zahir Həsənov Şəhidlər xiyabanında Aprel döyüşləri və Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edib, ruhlarına dualar oxuyub, məzarları önünə gül dəstələri qoyublar.

Təşkilat sədri Ramiz Hüseynov çıxış edərək bildirib ki, Aprel döyüşləri bizim şanlı zəfərimizin ilk hərbi uğurudur, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. R.Hüseynov vurğulayıb ki, Aprel döyüşləri Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Aprel döyüşləri nəticəsində  Azərbaycan Silahlı Qüvvələri 2000 hektarlıq ərazini azad etmişdir. O da qeyd olunub ki, 2016-cı il aprelin 19-da Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin 3 üzvü “Azərbaycanın Milli Qəhrəmanı”, 7 üzvü “Azərbaycan Bayrağı” ordeni, 1 üzvü 2-ci dərəcəli və 4 üzvü 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 19 üzvü “Vətən uğrunda” medalı, 43 üzvü “İgidliyə görə” medalı, 45 üzvü “Hərbi xidmətlərə görə” medalı, 2 üzvü isə “general-mayor” ali hərbi rütbəsi ilə mükafatlandırılıb.

Döyüşlər zamanı Sumqayıt şəhəri 5 şəhid verib. Şəhidlər Raquf İbrahim oğlu Orucov,  Murad Vaqif oğlu Məmmədov, Şulan Bayram oğlu Bayramov, Əbdülməcid Nadirşah oğlu Axundov və  Seymur Qulamşah oğlu Baxışovun əziz xatirələri hər zaman hörmətlə anılır.

DİGƏR Xəbərlər Arxiv