YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevlax rayonunda şəhid Anar Cəfərovun əziz xatirəsi anılıb

Yevlax rayonunda Vətən müharibəsi şəhidi Cəfərov Anar Müstəqim oğlunun doğum günü uyuduğu Gülövşə kənd qəbiristanlığında məzarı üstündə qeyd olunub.

Anım mərasimində Yeni Azərbaycan Partiyasının Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Xaliq Əliyev, Təhsil Şöbəsinin nümayəndəsi Natiq Hüseynov, Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Elman Əlibəyli, Qazilər, Vətən müharibəsi iştirakçıları və ictimaiyyət nümayəndələri də iştirak ediblər.

Ziyarətçilər öncə Vətən müharibəsi şəhidi Anar Cəfərovun məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Tədbir iştirakçıları şəhidin yaşadığı ünvanda ailə üzvlərini də ziyarət edib, onlara dərin hüznlə başsağlığı veriblər. Şəhidin əziz ruhuna dualar oxunub, şərəfli həyat və döyüş yolundan geniş bəhs olunub. Şəhid ailəsinin nümayəndələri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Daha sonra Yevlax şəhərində şəhidin xatirəsinə həsr edilən Sambo idman yarışının qaliblərinə fəxri fərmanlar təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv