YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan daha böyük zirvələr fəth edəcək

Abbas Əliyev

Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri    

Son 18 ildə Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük inkişaf yolu keçib. Bu dövrdə hər bir sahə üzrə ölkəmiz möhtəşəm nailiyyətlər əldə edib. Bu nailiyyətlərin əsasında isə cənab Prezidentin həyata keçirdiyi uğurlu siyasət dayanır. Məhz bunun nəticəsidir ki, xalıqımızın dövlət başçısına inam və etimadı sonsuzdur. Bu reallıq ölkəmizdə dörd il əvvəl – 11 aprel 2018-ci ildə keçirilmiş Prezident seçkilərində də özünü bariz şəkildə ifadə etdi.  Prezident seçkilərinin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirdi. Belə ki, seçicilərin 86.02 faizi cənab İlham Əliyevə səs verib. Bununla da,  Azərbaycan xalqı görülən işlərə yüksək qiymət verib, inkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcəyə səs verib. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilib rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşmüşdü. Bu, bir daha onu göstərir ki, seçkilər xalqın iradəsini tamamilə əks etdirir.

Ümumiyyətlə, ulu öndər  Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycanın hərtərəfli inkişaf strategiyasının 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən qlobal proseslərə və müasir çağırışlara adekvat şəkildə, praqmatik yanaşmalar əsasında daha da təkmilləşdirilməsi, respublikanın ümumi inkişafında milli resurslardan istifadə imkanlarının daha səmərəli və elmi əsaslar üzərində səfərbər edilməsi, siyasi və iqtisadi idarəetmə metodlarının müasirləşdirilməsi ölkəmizi dünyada maraqla qarşılanan və bir çox ölkələr üçün örnəyə çevrilən milli inkişaf modelinə sahib edib.

Bu gün Prezident İlham Əliyevin siyasəti nəticəsində müstəqil Azərbaycan regionun lideri kimi dünya miqyasında nüfuzlu dövlət kimi tanınır. Bu faktor böyük iqtisadi inkişafı, milli mədəniyyəti, multikulturalizmi, enerji layihələrini, sivilizasiyalar, mədəniyyətlər və dinlərarası münasibətlərin təşkilini, regionda balansı saxlaya biləcək hərbi qüdrəti təmin etmək məsələlərini əhatə edir. Azərbaycan Prezidenti İlham Əliyev xalqımızın çoxəsrlik tarixinə ərazi bütövlüyümüzü təmin etmiş lider kimi adını qızıl hərflərlə yazdırıb. 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbə bu faktı bir daha təsdiq edir. Prezidentimizin qətiyyətlə həyata keçirməyə başladığı Böyük Qayıdış proqramı həm Qarabağın, həm də geniş mənada Azərbaycanın yeni sabahlarını aydın surətdə təsəvvür etməyə imkan verir. Bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün dünyanın söz sahibi olan əsl liderlərindən biri kimi qəbul edilir.

Beləliklə, uğurlu fəaliyyət modeli bütün dünya tərəfindən qəbul olunan görkəmli dövlət xadimi kimi beynəlxalq miqyasda böyük nüfuz qazanan Prezident İlham Əliyev Azərbaycana siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi gətirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada nümunə göstəriləcək bir inkişaf modeli formalaşdı. Ən əsası isə Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. Prezidentin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaradılmışdır. Bu xüsusda Prezident İlham Əliyev BMT-yə üzv dövlətləri və BMT Katibliyini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə çağırış etmişdir. Ali Baş Komandanın böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, müzəffər və yenilməz ordumuzun şücaəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi və onun ətrafında monolit birliyi, Türkiyə kimi güclü qardaş dövlətin Azərbaycanın yanında olması və onun atdığı istənilən addımı müdafiə etməsi, dost Pakistan dövlətinin ölkəmizə kömək etməyə hazır olduğunu bəyan etməsi və digər tərəfdaş dövlətlərin haqq işimizi müdafiə etməsi Vətən müharibəsində Azərbaycanın tam qələbəsini təmin edən həlledici amillər oldu. Bütün bunlar ölkəmizin gələcək inkişafının qarantı sayıla bilən cənab İlham Əliyevə xalqın inamından irəli gəldi. Çünki Azərbaycan xalqı artıq 18 ildir ki, İlham Əliyevə inanır, onun daha xoşbəxt gələcək vəd edən daxili və xarici siyasətini hamılıqla dəstəkləyir. Bu bir daha sübut edir ki, Azərbaycan Prezidenti İlham Əliyev müasir dünyanın güclü dövlət liderlərindən biridir. Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan daha böyük zirvələr fəth edəcək.

DİGƏR Xəbərlər Arxiv