YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazax rayonunda Aprel döyüşlərinin altıncı ildönümünə həsr olunmuş “Şanlı Qələbəyə aparan yolun başlanğıcı!” mövzusunda tədbir keçirildi

2016-cı ilin aprel döyüşləri Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi, bununla da, 44 günlük Şanlı Vətən müharibəsində Möhtəşəm Qələbənin əsası qoyuldu. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Tariximizə böyük Zəfərin başlanğıcı kimi yazılan 2016-cı ilin aprel döyüşlərində Qazax rayonundan da 3 qəhrəman, igid oğullarımız şəhid oldular. Orucov Mühüd Qurban oğlu, Namazov Elvin Məmməd oğlu, Əliyev Orxan Məhəmməd oğlu bu döyüşlərdə xüsusi qəhrəmanlıq və igidlik göstərərək ən uca zirvəyə - Şəhidlik zirvəsinə yüksəldilər.

Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatı Aparatında Aprel döyüşlərinin altıncı ildönümünə həsr olunmuş “Şanlı Qələbəyə aparan yolun başlanğıcı!” mövzusunda tədbir keçirildi. Əvvəlcə aprel döyüşləri şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

Rayon təşkilatının sədri Anar Nəbiyev aprel döyüşləri barədə ətraflı danışaraq, qeyd etdi ki, aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qüdrətini, Qələbə əzmini və tezliklə tarixi ədalətin bərpa olunacağını göstərdi. Bununla da, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənablarının prinsipial, qətiyyətli siyasəti, xüsusi sərkərdəlik qabiliyyəti, beynəlxalq aləmdəki nüfuzu, hörməti sayəsində Qüdrətli Azərbaycan Ordusu ardıcıl qələbələrə imza atdı.  Bu qələbəyə xalqımız şəhidlərimizin canı, qazilərimizin qanı, qüdrətli Ordumuzun rəşadəti, şücayəti nəticəsində nail oldu.

Tədbirdən sonra rayon təşkilatı Aparatının işçiləri Şəhidlərimizin uyuduğu qəbristanlıqlara baş çəkdilər, qəhrəman oğullarımızın qəbirlərini ziyarət edərək, məzarları önünə tər qərənfillər düzdülər. Onların müqəddəs ruhuna dualar oxundu.