YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Özbəkistanda Müstəqillik abidəsini ziyarət edib

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti aprelin 1-də Özbəkistan Respublikasına rəsmi səfəri çərçivəsində Yeni Özbəkistan Parkında Müstəqillik abidəsini ziyarət edib.

Milli Məclisin sədri abidənin önünə əklil qoyub.

Sonra Azərbaycan nümayəndə heyətinə park kompleksi və burada görülmüş işlər haqqında məlumat verilib.

Azərbaycan parlament nümayəndə heyətinin üzvləri kompleksdə yaradılmış və Özbəkistanın tarixi şəxsiyyətlərinə həsr olunmuş panno ilə tanış olublar.