YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qubada Vətən müharibəsi şəhidinin ailəsi ziyarət olunub

Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova və təşkilat üzvləri 44 günlük Vətən müharibəsi şəhidi rayonun Mirzəmmədkənd sakini Abduləlimov Miqdad Faiq oğlunun ailəsini ziyarət ediblər.

Ailə ilə söhbət zamanı şəhidin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub. Onun xatirəsinin əbədi olaraq yaşayacağı vurğulanıb. Təşkilat nümayəndələri şəhidin ailə üzvlərinin qayğı və problemləri ilə maraqlanıblar.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərancamına əsasən, şəhid Miqdad Abduləlimov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarında vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

DİGƏR Xəbərlər Arxiv