YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"YAŞAT" Fondu qazilərin müalicəsini davam etdirir

Qazilərimizin müalicə prosesi “YAŞAT” Fondu tərəfindən davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, ağır yaralanan üç qazimiz - Alxasov Camal İlqar oğlu, Səfərli Xəyal Mübariz oğlu Türkiyəyə göndərilib, Məmmədzadə Adəm Gülhəsən oğlu isə müalicəsi davam etdiyindən təkrarən yola salınıb. Əliyev Heydər Zakir oğlu və Ömərov Rüstəm Cianşa oğlu isə müalicəsini tamamlayaraq ölkəyə geri qayıdıb.

Qeyd edək ki, “YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, bu günə qədər 167 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 127-nin müalicə proseduru uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

DİGƏR Xəbərlər Arxiv