YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bərdə rayonunda Vətən müharibəsi şəhidi Səfayətin Hümbətovun ailəsi ziyarət edilib

YAP Bərdə rayon təşkilatı 31 mart Soyqırımı günündə bu faciəni öz ailəsində yaşamış Yenidaşkənd kəndindən olan Vətən müharibəsi şəhidi Hümbətov Səfayətin ailəsi ilə birgə qeyd etmişlər.

YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya, partiya fəalları ilə birlikdə rayonun Yenidaşkənd kəndindən Vətən müharibəsi şəhidi Səfayət Hümbətovun ailəsinə baş çəkmiş və kəndin mərkəzində şəhidlərin əziz xatirəsinə ucaldılmış Şəhidlər Abidəsi Kompleksini ziyarət etmişlər.

Qeyd edək ki. kəndin əhalisi 1948-1953, 1988-ci illərdə Azərbaycanın Göycə mahalının Daşkəndindən erməni təcavüzkarları tərəfindən məcburi şəkildə deportasiya olunaraq Bərdə rayonunda məskunkaşmışlar və bundan sonra bu kəndin adı Yenidaşkənd kəndi adlandırılmışdır. Kəndin əhalisi və eyni zamanda Vətən müharibəsinin şəhidi Səfayət Hümbətovun ata və babaları dəfələrlə erməni təcavüzkarlığına məruz qalmışlar.

Vətən müharibəsi şəhidi, çavuş Hümbətov Səfayət Ələddin oğlu sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlayan Vətən müharibəsində Suqovuşanın azad edilməsində iştirak edib və orada şəhidlik zirvəsinə ucalıb.  Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə çavuş Hümbətov Səfayət Ələddin oğlu ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə”  medalları  ilə təltif edilmişdir.

Şəhid ailəsi ilə görüş zamanı Fəqət Şadlinskaya bildirmişdir ki, Vətən müharibəsi ölkəmizin Zəfər tarixinə qızıl hərflərlə yazıldı. Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz bu tarixi Qələbəni qazandı. Bununla da ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Qəhrəman oğullarımızın Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif olunmuş, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşlar.

Qeyd edək ki. Şəhidin qardaşı Azad Hümbətov da 1991-1994-cü illərdə 1-ci Qarabağ müharibəsi iştirakçısı olmuşdur.

Şəhidin ailə üzvüləri Prezident İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan  məmnun olduqlarını ifadə etmişlər.

DİGƏR Xəbərlər Arxiv