YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İşğaldan azad olunmuş ərazilərdə indiyədək 23 min hektar ərazi minadan təmizlənib

İşğaldan azad olunmuş ərazilərdə indiyədək 23 min hektar ərazi minadan təmizlənib, 55 mindən çox mina zərərsizləşdirilib. Həmin ərazilərdə tank əleyhinə10 min, piyada əleyhinə 19 min mina, həmçinin 26 min partlamamış silah-sursat aşkar edilib.

Bu sözləri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və BMT-nin İnkişaf Proqramının (UNDP) birgə təşkilatçılığı ilə aprelin 1-də Bakıda keçirilən “Humanitar minatəmizləmə fəaliyyəti və dayanıqlı inkişaf məqsədləri” mövzusunda konfransda çıxışı zamanı söyləyib.

O bildirib ki, minalar insanların təhlükəsizliyinə, sağlamlığına və inkişafına təhlükə olaraq qalır, bu qlobal problem qlobal cavab tələb edir. Bu konfrans əməkdaşlıq, bölüşmə və öyrənmə üçün platforma rolunu oynayır. Tədbirdə dünyanın 34 ölkəsindən 150 iştirakçı iştirak edir.

DİGƏR Xəbərlər Arxiv