YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Fariz Səfərovun ailəsi ziyarət olunub

Yeni Azərbaycan Partiyası Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, rayon icra hakimiyyətinin məsul əməkdaşı Kəmaləddin Məmmədov və Azərbaycan Menecment və İnvestisiya Korporasiyası üzrə ərazi partiya təşkilatının nümayəndəsi Sitarə Səfərova Vətən müharibəsi şəhidi Səfərov Fariz Şəmil oğlunun ailəsini ziyarət ediblər.

Görüşdə şəhid Fariz Səfərovun keçdiyi döyüş yolu xatırlanıb, Ali Baş Komandanın rəhbərliyi ilə qalib Ordumuz tərəfindən yazılmış şanlı Zəfər tarixinə nəzər salınıb. Şəhid olan qəhrəmanlarımızın xatirəsi ehtiramla anılıb.

Ziyarətçilər şəhid ailəsinin qayğı və problemləri ilə maraqlanıb, onlara ərzaq payı təqdim ediblər.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. 

Qeyd edək ki, şəhidin 4 övladı Vətənə əmanət qalıb.