YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qusarda şəhid Murad Məmmədovun xatirəsi anılıb

Qusar rayonunda Vətən müharibəsi şəhidi Məmmədov Murad Əzizulla oğlunun doğum günü münasibətilə anım tədbiri keçirilib.

Mərasimdə Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri David İbramxəliliov, partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə şəhidin rayonun İmamqulukənd kəndində məzarı ziyarət edilib, önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunaraq əziz xatirəsi yad edilib.

Mərasim iştirakçıları şəhid ailəsinin qayğı və problemləri ilə maraqlanıblar.

Şəhidin ailə üzvləri dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.