YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hacıqabulda şəhid Nicat Hüseynovun xatirəsi anılıb

Hacıqabul rayonunda şəhid Hüseynov Nicat Adil oğlunun doğum günü uyuduğu Meyniman kənd qəbiristanlığında məzarı üstündə qeyd olunub.

Anım mərasimində Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının sədri Elnur Əmirəslanov və partiya fəalları, rayon ictimaiyyətinin nümayəndələri, idarə-müəssisə rəhbərləri iştirak ediblər.

Mərasimə gələnlər şəhidin məzarı üzərinə çiçəklər düzüb, ruhuna dualar oxuyublar.

Tədbir iştirakçıları şəhid ailəsinin qayğıları ilə də maraqlanıb, şəhidin əziz xatirəsinə hazırlanmış xüsusi hədiyyəni ailə üzvlərinə təqdim ediblər.

DİGƏR Xəbərlər Arxiv