YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbirləri keçirilib

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı, Kəlbəcər Rayon Təhsil Şöbəsi və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Kəlbəcər rayon 11 və 18 nömrəli orta məktəblərində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbirləri keçirilib.

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov bildirib ki, Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayıb. Bu Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. Bundan bir müddət sonra həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar verib.

H.Misirov qeyd edib ki, erməni cinayətləri Qarabağ müharibəsində də davam edib, erməni millətçiləri tərəfindən Azərbaycan xalqının başına Xocalı, Ağdaban, Başlıbel kimi faciələr gətirilib.

Daha sonra çıxış edənlər ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətlərindən geniş bəhs ediblər.

Sonda orta məktəbin şagirdləri vətənpərvərliyi tərənnüm edən şeirlər səsləndirib, ədəbi-bədii kompozisiya təqdim ediblər.

DİGƏR Xəbərlər Arxiv