YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pirallahıda 31 Mart Azərbaycanlıların Soyqırımının 104-cü ildönümünə həsr edilmiş anım tədbiri keçirilib

Martın 31 -də Pirallahı qəsəbəsində yerləşən 243 nömrəli tam orta məktəbdə 31 mart Azərbaycanlıların Soyqırımının 104-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir.

Tədbirdə YAP Pirallahı Rayon təşkilatının sədri Emil Abasov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Vətən müharibəsi iştirakçıları, pedoqoji heyət və məktəblilər iştirak etmişdilər. 

Əvvəlcə tədbir iştirakçıları tərəfindən 31 Mart soyqırımı ilə bağlı məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçirilmişdir.

Daha sonra soyqırım qurbanlarının və şəhidlərin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə YAP Pirallahı Rayon təşkilatının sədri Emil Abasov bildirmişdir ki, 1918-ci ilin mart soyqırımları insanlıq əlehinə cinayət olmaqla yanaşı, öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, sivilizasiya tarixində də ən qanlı faciələrdən biridir. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Belə ki, hadisələr zamanı Bakı, Şamaxı, Muğan, Quba və Lənkəranda on minlərlə azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilmiş, yüz minlərlə insan öz torpaqlarından qovulmuş, yüzlərlə müsəlman kəndi dağıdılmışdır. Natiq vurğuladı ki, Ulu Öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi və Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Habelə, 2007-ci ilin aprelində Quba şəhərində aşkarlanan soyqırımı məzarlığı 1918-ci ilin mart-aprel aylarında erməni millətçilərinin həyata keçirdikləri qətliamların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirən dərin faktlardır. Emil Abasov qeyd etdi ki, 31 Mart soyqırımına hüquqi-siyasi qiymət verən normativ aktlar arasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” imzaladığı Sərəncam xüsusi yer tutur. Sonda natiq ölkəmizin zəfər salnaməsindən söz açaraq bildirdi ki, bu gün hamımız qürurluyuq ki, qisas qiyamətə qalmadı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən il sentyabr ayının 27-də başlanmış və cəmi 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində  Azərbaycan 30 il davam edən işğala son qoydu və öz ərazi bütövlüyünü bərpa etdi. Xalqımızın əldə etdiyi bu tarixi qələbə Azərbaycanın bütün şəhidlərinin ruhlarını şad etdi. Dövlət başçımızın dediyi kimi, biz şəhidlərimizin qisasını düşməndən döyüş meydanında və onlardan fərqli olaraq ləyaqətlə aldıq. Bundan sonra bütün xain qüvvələr, bütün düşmənlərimiz də biləcəklər ki, artıq Azərbaycan özünə qarşı istənilən aqressiyanı dərhal və qətiyyətlə dəf etmək iqtidarında olan qüdrətli bir dövlətdir.

Tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov bildirmişdir ki, Azərbaycan xalqı son iki yüz il ərzində erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkar siyasətinə məruz qalaraq öz tarixi torpaqlarından didərgin salınmış, qaçqın və məcburi köçkünə çevrilmişlər. Erməni millətçiləri tərəfindən 1890-cı ildə Tiflisdə yaradılmış “Daşnaksütyun” partiyasının proqramında irəli sürülən “böyük Ermənistan” ideyasını reallaşdırmaq istiqamətində fəaliyyətini genişləndirərək öz tarixi torpaqlarında yaşayan azərbaycanlıları planlı surətdə doğma yurdlarından qovmaqla etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirməyə başladılar. Vəzir Səfixanov vurğuladı ki, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 30 dekabr 2009-cu il tarixli sərancamı ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi“nin yaradılmasına Sərəncam imzalamışdır. Erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 18 yanvar 2018-ci ildə “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasəti və Şanlı ordumuzun əzmi sayəsində 44 günlük Vətən Müharibəsi nəticəsində qazanılan Zəfərlə bütün soyqırım qurbanlarının və şəhidlərimizin  qisası alınmışdır. Vəzir Səfixanov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın instaqram hesabındakı paylaşımından sitat gətirərək çıxışını yekunlaşdırmışdır: “Azərbaycan xalqı günahsız soydaşlarımızın qətlə yetirildiyi faciələri heç zaman unutmayacaq! Biz o dəhşətli hadisələr haqqında həqiqətləri təhrif olunma cəhdlərindən hər zaman qoruyacağıq. 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı törədilmiş soyqırımı qurbanlarının nurlu xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin”. 

Daha sonra çıxış edən 243 nömrəli tam orta məktəbin tarix müəllimi Famil Hüseynov XX əsr boyu ermənilərin xalqımıza qarşı törətdikləri soyqırım və deportasiya siyasəti haqqında danışaraq, mart soyqırımının və erməni daşnaklarının xalqımıza qarşı törətdiyi digər cinayətlərin unudulmamasını, gəncliyin bu istiqamətdə maarifləndirilməsinin zəruriliyini qeyd etmişdir. Belə hadisələrin gələcəkdə bir daha təkrarlanmaması üçün millətimiz öz tarixini bilməli, müqəddəs dövlətçiliyimizin qüdrətlənməsi naminə əlindən gələni əsirgəməməlidir.       

Sonda məktəblilərin təqdimatında 31 Mart Azərbaycanlıların Soyqırımı ilə bağlı kompozisiyalar nümayiş etdirilmişdir.

DİGƏR Xəbərlər Arxiv