YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zaqatalada Vətən müharibəsi şəhidinin xatirəsi doğum günündə anılıb

Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov, Zaqatala Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri Anar Seyidov, partiya əməkdaşları və fəalları, rayon ictimaiyyətinin nümayəndələri Vətən müharibəsi şəhidi Mehdiyev Zöhrab İlham oğlunun doğum günü münasibətilə məzarını ziyarət edib, məzarı önünə gül dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə Aşağı Çardaqlar kənd tam orta məktəbinin şagirdlərinin şəhidlər haqqında hazırladıqları bədii kompozisiya dinlənilib.

Daha sonra şəhidin evinə baş çəkilib, ailənin qayğı və problemləri dinlənilib. Görüş zamanı YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov bildirib ki, şəhidlərimizin ruhu bizim üçün çox əzizdir, bu günkü Qələbəni bizə yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirik, şəhid analarına dərin minnətdarlığımızı bildiririk. Tarixi Qələbə ilə bitən 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının nəyə qadir olduğunu göstərdi. Xalqımızın birliyi, Ali Baş Komandanımızın qətiyyəti, Ordumuzun gücü, əsgər və zabitlərimizin peşəkarlığı, qəhrəmanlığı parlaq zəfərimizin qazanılması ilə nəticələndi.

Şəhidimizin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək, buna görə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

DİGƏR Xəbərlər Arxiv