YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağstafada Vətən Müharibəsi Qəhrəmanı şəhid Azər Yusiflinin xatirəsi anılıb

Ağstafa rayonunda Vətən Müharibəsi Qəhrəmanı şəhid Yusifli Azər Nazim oğlunun doğum günü qeyd olunub. Bu münasibətlə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri Ariz Qədiməliyev, Ağstafa Rayon Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, “Ağstafa Gənclər evi” Sosial Xidmət müəssisəsinin direktoru Nicat Vəkilov, ərazi partiya təşkilatlarının və Dövlət Sərhəd Xidmətinin nümayəndələri, həmçinin rayon ictimaiyyəti şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Şəhidin ailə üzvlərinin də iştirak etdiyi mərasimdə Vətən Müharibəsi Qəhrəmanının ruhuna dualar oxunub.

Şəhidin ailəsinə dərin hüznlə başsağlığı verilib, Azərin həyatından və keçdiyi şərəfli döyüş yolundan geniş bəhs edilib. Şəhidin atası Nazim Yusifov övladı ilə bağlı xatirələrini bölüşüb, bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Tədbir çərçivəsində Birinci Qarabağ müharibəsi şəhidi Vəliyev Səhrəddin Qara oğlunun da məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb, əziz xatirəsi böyük ehtiramla yad edilib.

Qeyd edək ki, şəhid Azər Yusifli Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb, “Vətən uğrunda”  və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

DİGƏR Xəbərlər Arxiv