YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nəsimi rayonunda şəhid Vüqar Məmmədovun doğum günü qeyd olunub

Vətən müharibəsi şəhidi Məmmədov Vüqar Elxan oğlunun doğum günü münasibətilə məzarı ziyarət olunub.

Yeni Azərbaycan Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Nəsimi Rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri şəhidin məzarını ziyarət edərək, üzərinə gül-çiçək dəstələri düzüb, əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.

Daha sonra Nəsimi Rayon İcra Hakimiyyətinin və YAP Nəsimi rayon təşkilatının rəhbərliyi və məsul əməkdaşları şəhidin ailəsini ziyarət edib, onların qayğı və problemləri ilə maraqlanıblar.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, şəhid Vüqar Məmmədov 2020-ci il sentyabrın 30-da Füzulinin azadlığı uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Prezidentin sərəncamı ilə o, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

DİGƏR Xəbərlər Arxiv