YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oğuzda şəhid Rasim Mustafayevin doğum günü qeyd olunub

Oğuzda Vətən müharibəsi şəhidi Mustafayev Rasim Ərzuman oğlunun 32-ci doğum günü uyuduğu Xaçmaz kəndindəki Şəhidlər xiyabanında qeyd olunub.

Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov və partiya əməkdaşları şəhidin məzarını ziyarət edib, üzərinə tər güllər düzüb, ruhuna dualar oxuyublar.

Xatırladaq ki, Rasim Mustafayev 2020-ci il oktyabrın 1-də Murovdağ istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə o, ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “Hərbi xidmətlərinə görə” medalları ilə təltif edilib.

Qeyd edək ki, Oğuz rayonunun Xaçmaz kəndində küçələrdən birinə şəhid Rasim Mustafayevin adı verilərək xatirəsi əbədiləşdirilib.

DİGƏR Xəbərlər Arxiv