YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vilayət Eyvazov: Azərbaycanda insan alverinə qarşı kompleks mübarizənin hüquqi müstəvidə aparılmasına dövlət, hökumət və parlament səviyyəsində xüsusi diqqət yetirilib

«Azərbaycanda son son illər ərzində insan alverinə qarşı kompleks mübarizənin hüquqi müstəvidə aparılmasına dövlət, hökumət və parlament səviyyəsində xüsusi diqqət yetirilib. Bu sahədə sistemli tədbirlər həyata keçirilməkdədir». Bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator, daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov illik məlumatı təqdim edərkən deyib.

V.Eyvazov bildirib ki, insan alverinin qurban olan 54 qurbandan (51 qadın, 3 kişi) 37-si Türkiyə Respublikasına, 8-i Rusiya Federasiyasına, 6-sı Birləşmiş Ərəb Əmirliklərinə aparılıb, 3 əcnəbi (Rusiya Federasiyasının iki, Çin Xalq Respublikasının bir vətəndaşı) ölkə daxilində istismara məruz qalıb. Onun sözlərinə görə, müvafiq cinayətlərdə təqsirləndirilərək haqqında axtarış elan olunan 25 şəxsdən 12-si tutularaq istintaq və məhkəmə orqanlarına təqdim edilib: “Hesabat ilində həyata keçirilmiş əməliyyat-profilaktik tədbirlərlə 2013-cü illə müqayisədə 21 faiz çox və ya 97 insan alveri, 4 məcburi əmək, habelə insan alveri məqsədilə şəxsiyyəti təsdiq edən sənədlərin saxtalaşdırılması ilə bağlı 3 fakt aşkarlanıb. Bu əməllərə görə 26 nəfər (18 qadın, 8 kişi) cinayət məsuliyyətinə cəlb edilib, insan alveri ilə məşğul olan 9 cinayətkar qrup və 1 mütəşəkkil dəstə zərərsizləşdirilib. Qurbanlardan 38-i sığınacağa yerləşdirilərək hər birinə zəruri yardımlar edilib, eləcə də təhlükəsizliyi təmin olunub. Bütövlükdə 54 qurbana birdəfəlik müavinət verilib, 40-na Kömək Fondu tərəfindən maddi yardım göstərilib, 24-ü işlə təmin edilib, 30-u peşə kurslarına göndərilib. Həyata keçirilmiş profilaktik tədbirlərlə 34 qurban ailəsinə qayıdıb, sosial xidmətlə əhatə olunması üçün 36 qurban qeyri-hökumət təşkilatlarına istiqamətləndirilib”.

V. Eyvazov bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İnsan alveri qurbanları üçün Yardım Mərkəzi tərəfindən 28 qurbana hüquqi və psixoloji yardım, həmçinin Səhiyyə Nazirliyinin xüsusi tibb müəssisələrində 43 qurbana tibbi xidmət göstərilib: “Sığınacağa yerləşdirilmiş qurbanların himayəsində olan 16 azyaşlı məktəbdənkənar təhsil proqramına cəlb edilib, o cümlədən 5-i “Azərbaycan Uşaqlar Birliyi” İctimai Təşkilatının müvəqqəti sığınacağına yerləşdirilib. Müvafiq tədbirlərlə, həmçinin ictimai mənəviyyat əleyhinə olan 183 cinayət aşkarlanaraq 115 nəfər məsuliyyətə cəlb olunub, 571 qadın barəsində inzibati tədbirlər görülüb”.

Müzakirələrdən  sonra illik məlumat qəbul olunub.