YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abşeronda Vətən müharibəsi şəhidlərinin xatirələri anılıb

Abşeronda Vətən müharibəsi şəhidləri Useynov Ceyhun Elşad oğlunun və Dövlətov Zaur Zahid oğlunun doğum günlərində xatirələri anılıb.

Bu münasibətlə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər Vətən oğullarının məzarlarını ziyarət edib, üzərilərinə gül dəstələri qoyub, ruhlarına dualar oxuyublar.

Tədbir iştirakçıları şəhid Ceyhun Useynovun 32-ci doğum günündə doğulub boya-başa çatdığı Abşeron rayonunun Novxanı kəndində xatirə lövhəsinin açılış mərasimində də iştirak ediblər.

YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, həmçinin Novruz bayramı ilə əlaqədar təşkil olunan “Tarixi Zəfərin gətirdiyi bahar” adlı aksiya çərçivəsində Vətən müharibəsi şəhidi Mehdiyev Rəşad Rəhman oğlunun ailəsini ziyarət edib.

A.Əliyev şəhidin ailəsinə dərin hüznlə başsağlığı verərək, Vətənimizin böyüklüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda adlarını qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazdıran şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu söyləyib. Təşkilat sədri Azərbaycan Ordusunun qüdrətindən, Şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaətdən və vətənpərvərliklərindən söz açıb, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımıza bu gün şanlı Zəfərimizin əbədi bahar gətirdiyini bildirib.

O, vətənpərvər, mərd, şücaətli övladlar böyütdüklərinə görə şəhid ailələrinə öz təşəkkürünü bildirib. Dövlətimizin və xalqımızın hər zaman şəhidlərin əziz xatirəsini uca tutacağını və şəhid ailələrinin həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunacağını diqqətə çatdırıb.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, YAP Abşeron rayon təşkilatı və Abşeron Rayon İcra Hakimiyyətinin birgə dəstəyi ilə təşkil olunan “Tarixi Zəfərin gətirdiyi bahar” adlı aksiya çərçivəsində şəhid ailələrinin ziyarəti davam edir.