YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şamaxıda Beynəlxalq Qadınlar Günü qeyd olunub

Şamaxı rayon Mədəniyyət Mərkəzində şəhid ailələrinin iştirakı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir təşkil olunub.

Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Milli Məclisin deputatı Tamam Cəfərova, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən Şamaxı RİH-in başçısı Tahir Məmmədov, deputat Tamam Cəfərova, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, ADPU-nun Şamaxı filialının direktoru Tünzalə Yusifova, şəhid anası Güllü Babaşova ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə hörmət və ehtiramlarını ifadə ediblər.

Sonda şəhid ailələrinə gül dəstələri və hədiyyələr təqdim olunub.