YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Müşfiq Məcidovun xatirəsi doğum günündə anılıb

Şamaxıda Vətən müharibəsi şəhidi Məcidov Müşfiq Bayram oğlunun doğum günü qeyd olunub. Bu münasibətlə Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı və Aparat əməkdaşları şəhidin ailəsini ziyarət ediblər.

Təşkilat nümayəndələri, həmçinin şəhidin anasını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik ediblər. Şəhidlərimizin Vətən qarşısında böyük və misilsiz xidmətləri olduğunu deyən təşkilat sədri Tural Qasımlı onların xatirəsinin dövlətimiz və xalqımız tərəfindən hər zaman uca tutulduğunu vurğulayıb.

Sonda şəhidin valideynləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.