YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid övladının doğum günü qeyd olunub

Vətən müharibəsi şəhidi Həsən Həsənovun övladı Həsənin 1 yaşı tamam olub.

Bu münasibətilə Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov və Aparat əməkdaşları, Sabirabad rayon Gənclər İdman İdarəsinin rəisi Nadir Quliyev, RİH-in şöbə müdiri Müslüm Rzayev şəhidin ailəsini ziyarət edib, övladına hədiyyələr təqdim ediblər. Tədbir iştirakçıları şəhid ailəsinin qayğı və problemləri ilə maraqlanıblar.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.