YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP dünənin, bu günün və gələcəyin partiyası olduğunu keçdiyi 30 illik şərəfli yolda sübut etdi

Sevinc Qasımova 

YAP Gənclər Birliyinin sədr müavini

Yeni Azərbaycan Partiyasının VII qurultayından bir il ötür. 2021-ci ildə YAP-ın qurultayının keçirilməsi bir sıra zəruri amillərlə əlaqədar idi və Prezident İlham Əliyevin islahatlar siyasətinin davamı hesab edilirdi. 2018-ci ilin prezident və 2020-ci ilin parlament seçkilərindən, ən əsası İkinci Qarabağ müharibəsində əldə olunmuş Qələbədən sonra yaranmış yeni reallıq dövrün çağırışlarına cavab vermək baxımından siyasi islahatların dərinləşməsini vacibləşdirdi.

Yeni Azərbaycan Partiyasının VII qurultayında qəbul olunmuş qərarlar YAP-ın fəaliyyətində keyfiyyət etibarilə əhəmiyyətli dəyişikliklərə səbəb oldu. Vurğulamaq yerinə düşər ki, Partiyamızın qurucusu, ulu öndər Heydər Əliyevin qarşıya qoyduğu məqsəd və vəzifələr, bütünlüklə yerinə yetirilib. Dövlətçiliyimizin möhkəmləndirilməsi, düşünülmüş xarici siyasət strategiyasının formalaşdırılması, güclü iqtisadiyyatın yaradılması, müstəqil siyasət, regionda söz sahibi olmağa doğru uzaqgörən addımlar, ərazi bütövlüyümüzün bərpa edilməsi prinsipləri partiyanın ən ümdə məqsədləri sırasında idi. Azərbaycan Prezidenti, partiyamızın Sədri cənab İlham Əliyev 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərlə Azərbaycan xalqının, eyni zamanda, Yeni Azərbaycan Partiyasının ən mürəkkəb və ən çətin, ancaq həm də ən ali məqsədini reallaşdırmış oldu. Azərbaycan möhtəşəm qələbə qazanaraq həm tarixi ədalətin, həm də ərazi bütövlüyünün bərpasına nail oldu.

VII qurultaydan ötən bir il ölkəmizin də həyatında mühüm tarixi məqamlarla yadda qalıb. Ötən dövrdə Azərbaycanın əsas hədəfləri işğaldan azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işlərinin miqyasını genişləndirmək, Böyük Qayıdışı reallaşdırmaq oldu. Azərbaycanın hər bir uğurunda öz payı, yeri olan Yeni Azərbaycan Partiyası da VII qurultayını məhz tarixi Zəfərimizin yaratdığı yeni reallıqlara söykənərək keçirdiyi üçün qarşıda dayanan vəzifələrin icrası məqsədilə yeni Proqramın hazırlanmasına və təsdiqinə qərar verdi. Dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev qurultayda müvafiq tapşırıqlarını bildirmişdi. Partiyanın yeni Proqramı ötən ilin dekabr ayının 29-da YAP İdarə Heyətinin iclasında təsdiq edildi. 5 fəsildən ibarət olan proqramda regionda yeni reallıqlar yaradan Azərbaycanın qarşısında dayanan yeni hədəflər əksini tapıb.

Yeni Proqramda əksini tapan “Partiyanın inkişafı və uğurları”, “Siyasi dəyərlər və prinsiplər”, “Partiyadaxili münasibətlərin və partiyanın fəaliyyətinin əsasları”, “Partiyanın əsas hədəfləri” və “Müzəffər Liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya” adlı fəsillər özündə Yeni Azərbaycan Partiyasının prinsiplərini, tutduğu yolu, bu günümüz və gələcəyimiz üçün müəyyənləşdirdiyi hədəfləri, ən əsası partiyanın üzvlərinin dövlət başçısı İlham Əliyevin ətrafında sıx birləşərək Heydər Əliyev ideyalarının və ölkə Prezidentinin həyata keçirdiyi siyasətin uğurlarının təbliğində göstərdikləri fəallıqları ehtiva edir.

Qeyd edilənlərdən əlavə, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin digər iclaslarında həm partiyadaxili, həm də YAP-ın ictimai-siyasi proseslərdə iştirakı, qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi və icrası ilə əlaqədar müxtəlif məsələlərə dair müzakirələr aparılıb, adekvat qərarlar qəbul edilib.

Partiyamız çoxşaxəli fəaliyyəti hər zaman seçilib. Qurultaydan keçən 1 il ərzində ictimai-siyasi əhəmiyyətli beynəlxalq əlaqələrin formalaşdırılması daha da möhkəmləndi. Regionun ən güclü siyasi partiyalarından biri sayılan YAP ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişlənməsi ölkəmizə qarşı yönəlmiş dezinformasiya və yalanların ifşası, informasiya savaşına dəstək məsələlərinə xüsusi önəm verir.

Vətən müharibəsində qazanılmış möhtəşəm qələbənin strateji prosesə çevrilməsi, diplomatik müstəvidə möhkəmləndirilməsi istiqamətində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə mühüm addımlar atılır. Yeni Azərbaycan Partiyası da bu istiqamətdə öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.

Yeni Azərbaycan Partiyasının VII Qurultayından sonrakı dövrdə də gördük ki, çoxmillətli bir məmləkətin, sülhü, sabitliyi, tolerant, multikultural, ümumbəşəri dəyərləri, humanist prinsipləri həyat tərzinə çevirən, müxtəlif xalqların dostluğuna, qardaşlığına, dinlərin, mədəniyyətlərin sivilizasiyaların dialoquna nail olan, tarixlə müasirliyi özündə birləşdirən bir partiyamız formalaşıb. YAP dünənin, bu günün və gələcəyin partiyası olduğunu keçdiyi 30 illik şərəfli yolda sübut etdi.

DİGƏR Xəbərlər Arxiv