YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən Müharibəsi Qəhrəmanı doğum günündə anılıb

Qubadlı rayonunun Xanlıq kənd sakini, Vətən Müharibəsi Qəhrəmanı, şəhid mayor Ağayev Vüqar Əhməd oğlunun doğum günü qeyd olunub.

Qubadlı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının nümayəndələri şəhidin İkinci Fəxri xiyabanda məzarını ziyarət edib, üzərinə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.

Sonra Bakı şəhərində yerləşən Qubadlı rayon Vüqar Ağayev adına Xanlıq kənd ümumi orta məktəbində şəhidin büstünün açılış mərasimi keçirilib. Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov və Aparat əməkdaşları, şəhidin ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov qeyd edib ki, Vətən müharibəsi Azərbaycanda dövlət və xalq arasında olan birliyin nəhəngliyini və sarsılmaz olduğunu sübüt etdi.  Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşən xalqımız və ordumuz düşmənin başını əzdi və onu kapitulyasiyaya vadar etdi. Vətən müharibəsində ölkəmizdəki xalq-iqtidar-ordu birliyi, sözün əsl mənasında, “dəmir yumruğa” çevrildi və işğalçının belini qırdı.

Şəhidin yaxınları və döyüş yoldaşları Vüqar Ağayev haqqında öz xatirələrini bölüşüb, şərəfli ömür yolundan danışıblar

Şəhidin anası Xanım Ağayeva və qardaşı Çingiz Ağayev şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildiriblər.

Daha sonra məktəblilər vətənpərvərlik ruhunda şeirlər səsləndiriblər. 

Qeyd edək ki, şəhid mayor Vüqar Ağayev 2020-ci il noyabrın 1-də Qubadlı rayonu uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Prezidentin sərəncamlarına əsasən, o, ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına, “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medallarına layiq görülüb.

DİGƏR Xəbərlər Arxiv