YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası yeni hədəflərə doğru

Saleh Məhərrəmov

YAP Oğuz rayon təşkilatının sədri         

YAP-ın VII Qurultayından ötən bir il ərzində, Qurultayın ölkəmizin ictimai-siyasi həyatında canlanmaya səbəb olduğunu və artıq tarixi hadisə kimi xatakretizə oluna biləcəyini əminliklə, demək olar. 30 illik yubleyini qeyd edəcəyimiz Yeni Azərbaycan Partiyası, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi olmaqla yanaşı, Azərbaycanın ən böyük aparıcı, güclü siyasi qüvvəsi, fəaliyyəti ilə xalqın tam dəstəyini qazanmış bir partiyadır. Partiyamız yarandığı gündən bugünədək, Azərbaycanın inkişafına, dünyada yerinin və rolunun artmasına, eləcə də, müstəqilliyinin möhkəmlənməsinə özünün mühüm töhfələrini verib.

Ötən Prezident və parlament seçkilərindən, eləcə də  2020-ci ildə İkinci Qarabağ müharibəsində əldə olunmuş Qələbədən sonra yaranmış yeni reallıqlar siyasi islahatların aparılması zərurətini yaradıb. Bu nöqtəyi-nəzərdə, Yeni Azərbaycan Partiyasının sədri, cənab Prezident İlham Əliyevin ölkəmizdə başlatdığı islahatlar və reformlar Yeni Azərbaycan Partiyasını da özünü gecikdirmədi və Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin sədrliyi ilə 2021-ci il martın 5-də keçirilən VII Qurultay və bu qurultaydan irəli gələn məsələrin icrası hər ötən gün Partiyanın cəmiyyətdəki nüfuzunun artmasına, ölkədə demokratik cəmiyyət quruculuğunun sürətlənməsinə, ölkədaxili və əcnəbi siyasi partiyalarla, həmçinin beynəlxalq təşkilatlarla münasibətlərinin, qarşılıqlı əməkdaşlığın, təcrübə mübadiləsinin davamlı xarakter almasına yol açdı. Bütün bu və digər səbəblər onu göstərir ki, YAP-ın VII Qurultayı ölkə tarixinə mühüm ictimai-siyasi hadisə kimi düşəcək.

VII qurultayda qəbul olunmuş qərarlar hakim partiyanın “Biz birlikdə güclüyük” modelinin real işə düşdüyünü, Azərbaycanda davamlı inkişafı mərhələsinin başlanıldığını nümayiş etdirdi.

YAP-ın VII qurultayda yeni Nizamnamə təsdiq olundu, Yeni Nizamnaməyə əsasən Qurultay, Partiyanın Sədri, İdarə Heyəti və Təftiş Komissiyası partiyanın orqanları qismində müəyyən edildi. Partiya Sədrinin birinci müavini vəzifəsi təsis edildi. Partiyanın Sədri İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Partiya sədrinin birinci müavini təyin edildi. Həmçinin Partiyanın strukturuna Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatın, yerli təşkilatların və onların aparatlarının daxil olduğu təsbit edildi. Qurultayda Partiyanın yeni Proqramının hazırlanması və qəbulu barədə qərar qəbul olundu. Ölkədə fəaliyyət göstərən 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulması barədə müraciətləri öz müsbət həllini tapdı. Beləliklə YAP yeni inkişaf mərhələsinə daxil oldu.

Milli maraqların qorunması Yeni Azərbaycan Partiyasının fəaliyyət strategiyasının mütləq prioritetidir. Prezident seçkilərindən sonra ərazi bütövlüyümüzün bərpası birinci dərəcəli vəzifə kimi qarşıya məqsəd qoyuldu və bu vəzifə uğurla icra olundu. Seçkilərdə ölkə başçısının bəyan etdiyi proqram ardıcıllıqla icra edilir. Ölkədə reallaşan siyasi dialoq YAP-ın prioritet fəaliyyət istiqamətlərindən biridir. Siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin güclənməsi qarşımızda duran vacib məsələlərdir. Ölkəmizdə aparılan siyasi dialoq demokratik ənənələrin dərinləşməsi və siyasi sistemin təkmilləşməsi üçün böyük əhəmiyyət daşıyır.

Bu gün Yeni Azərbaycan Partiyasının üzvləri, Ümummilli Liderin siyasi xəttinə sadiq qalaraq bütün sahələrdə səylə çalışırlar.

Yeni Azərbaycan Partiyasının VII Qurultayı bir daha göstərdi ki, o, çoxmillətli bir ölkənin, sülhü, sabitliyi, tolerant, ümumbəşəri dəyərləri həyat tərzinə çevirən, müxtəlif xalqların birgəyaşayışına nail olan, tarixlə müasirliyi özündə birləşdirən bir ölkənin – Azərbaycanın hakim partiyasıdır. Onun başında xalqımızın arxalandığı, inandığı, güvəndiyi, etibar etdiyi, etimad göstərdiyi, dünyada yaşayan bütün azərbaycanlıların lideri, Müzəffər Ali Baş Komandan İlham Əliyev dayanir. Biz onunla BİRLİKDƏ GÜCLÜYÜK!