YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ramil Orucov: YAP qəbul etdiyi tarixi qərarlarla yeni inkişaf mərhələsində öz sözünü deməyi bacarıb

Ramil Orucov

YAP Gəncə şəhər təşkilatının sədri

Ölkəmizin milli tərəqqinin yeni mərhələsinə qədəm qoyduğu bir vaxtda, Yeni Azərbaycan Partiyası üzərinə düşən vəzifələri, yeni çağırışları layiqincə yerinə yetirir. Azərbaycanın növbəti tarixi nailiyyətlər qazanmasına və strateji zirvələr fəth etməsinə layiqli töhfəsini verən hakim partiyanın 5 mart 2021-ci il tarixdə keçirilmiş VII qurultayı partiyamızın inkişafında yeni mərhələnin əsasını qoyub. Ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisə kimi tarixə düşən VII qurultayında qəbul edilən qərarlar hakim partiyanın daim siyasi proseslərin önündə olmasına, ona göstərilən etimadın öhdəsindən layiqincə gəlməsinə zəmin yaradıb.

Hakim və alternativsiz siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının hər bir qurultayında qəbul edilən qərarlar yeni dövrün reallıqlarına uyğun olaraq siyasi inkişafa xidmət edib. Son Proqramda da Yeni Azərbaycan Partiyasının siyasi dəyərlər və prinsiplər sistemində 10 strateji istiqaməti - Heydər Əliyev yolu, müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, varislik və təkamül, konstruktiv əməkdaşlıq və dialoq, sosial ədalət və insan amili, multikultural cəmiyyət və demokratik ənənələrin inkişafı müəyyən olunub.

Təbii ki, 30 ilə yaxın fəaliyyəti dövründə Yeni Azərbaycan Partiyasının üzərinə mühüm vəzifə və məsuliyyət düşüb. Ulu Öndər Heydər Əliyevin 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına ünvanladığı tarixi müraciətdə dediyi “Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər” fikirləri zamanla özünü tam təsdiq edib. Xalqın iradəsi əsasında cənab İlham Əliyev Prezident seçildikdən sonra ölkəmiz və partiyamız yeni tarixi nailiyyətlərə imza atdı.

30 ilə yaxın müddət ərzində Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlərin, bugünkü uğurlarının ciddi tarixi və siyasi əsasları mövcuddur. Məhz qazanılan nailiyyətlər, xalqın etimadını qazanması Yeni Azərbaycan Partiyasını yarandığı gündən ölkəmizin ictimai-siyasi fikir tarixinin ən əlamətdar, ən şərəfli səhifələrində yer almasına səbəb olub, dünənin, bu günün və gələcəyin partiyasına çevrib.

Bu gün Yeni Azərbaycan Partiyası həm iqtidar partiyası kimi, həm də ölkənin hər bir sahəsində təmsil olunan partiya kimi iqtidar-müxalifət dialoquna öz töhfəsini verməkdədir. YAP əməkdaşlığa açıq və yerlərdə siyasi dialoq ilə bağlı olan prosesləri stimullaşdıran partiyadır. 2021-ci ilin 21 oktyabr tarixində Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında parlamentdə təmsil olunan müxalifət partiyaların sədrləri ilə keçirilmiş görüş bu istiqamətdə görülən işlərə bir nümunədir. Yerlərdə müxalifət partiyalarının yerli təşkilatları ilə sağlam münasibətlərin qurulması YAP-ın yerli təşkilatlarının fəaliyyət istiqamətlərindən biridir.

Ölkəmızın ictimai-siyasi həyatına hər zaman yeniliklər gətirən, gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsində öz dəst-xətti ilə seçilən Yeni Azərbaycan Partiyası qəbul etdiyi tarixi qərarları ilə yeni inkişaf mərhələsində öz sözünü deməyi baçarıb.

Dünənin, bu günün, sabahın partiyası dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi yüksəlişinin davamlılığının təmin olunmasına, milli həmrəyliyin, beynəlxalq arenada və qlobal informasiya müstəvisində mövqeyinin daha da gücləndirilməsinə, Böyük qayıdışın yüksək səviyyədə həyata keçirilməsinə davamlı töhfələr verəcək, qarşısında dayanan vəzifələrin öhdəsindən layiqincə gələcək.

DİGƏR Xəbərlər Arxiv