YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami rayonunda Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar sosial aksiya keçirilib

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı Missiya Media Qrupu ilə birlikdə Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar sosial aksiya keçirib.

Aksiya iştirakçıları Nizami rayonu ərazisində yaşayan bir qrup Xocalı soyqırımı şahidlərini və şəhid ailələrini ziyarət ediblər.

Partiya fəalları onların qayğıları ilə maraqlanıb, yardımlarını təqdim ediblər.

Qeyd olunub ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəvi səhifələrdən biri kimi daxil olub. Xocalı faciəsini törətməklə ermənilərin məqsədi xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək olub. Lakin bu ağır faciə xalqımızı daha da mətinləşdirərək, qəhrəman övladlarımızı Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etdi. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun 30 il işğal altında qalan torpaqlarımızı azad etməsilə yeni reallıq yarandı. 44 günlük Vətən müharibəsində misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı.

Qeyd edilib ki, Xocalıdan olan insanlarımızın, eləcə də şəhid ailələrinin, qazilərin problemlərinin, sosial-məişət məsələlərinin həlli daim dövlətimizin diqqət mərkəzindədir.

Xocalı soyqırımı şahidləri və şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.