YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Rusiya münasibətləri: Cənubi Qafqazda təhlükəsizliyin və sülhün qarantı kontekstində yeni mərhələ

Ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqli şəkildə davam etdirən Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin güclü diplomatik siyasəti sayəsində son 20 il ərzində ölkəmizin dünyanın mənzərəsini müəyyən edən dövlətlərlə və nüfuzlu beynəlxalq təşkilatlarla qurduğu münasibətlər keyfiyyətcə yeni müstəvidə daha çox inkişaf etdirilib. Bunu qeyd edə bilərik ki, Azərbaycan təkcə beynəlxalq regionda baş verən proseslərdə deyil, həmçinin beynəlxalq aləmdə cərəyan edən proseslərə də əhəmiyyətli təsir göstərmək imkanı qazanmışdır. Bu gün dünyada vacib bir sıra problemlərdə və dünyanı narahat edən məsələlərdə aparıcı dövlətlərin başçıları Azərbaycan Prezidentinin mövqeyi ilə hesablaşırlar. Müasir dövrdə Azərbaycan Respublikası yerləşdiyi regionun yeganə ölkəsidir ki, düşünülmüş və milli maraqlara dayanan xarici siyasəti ilə regionda əsas olaraq təhlükəsizliyin təmin olunması istiqamətində sistemli və ardıcıl addımlar atır. Əsas məqam olaraq onuda qeyd etmək lazımdır ki, Azərbaycan dünyada sülhü qorumaq və sülhyaratma prosesində fəal iştirak etməkdədir. Öz xarici siyasəti və fəaliyyəti ilə sülhün və təhlükəsizliyin qorunmasına  dəyərli töhfələr verir. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir ki, “Azərbaycan heç bir xarici qüvvənin diktəsi ilə oturub-durmur, müstəqil siyasət aparır və sürətlə inkişaf edir, eyni zamanda, sübut edir ki, bu gün müsəlman aləmində dinamik, müasir, öz milli-mənəvi dəyərlərinə sadiq, güclü bir dövlət vardır.” Azərbaycanın dünyadakı mövqeyinin getdikcə güclənməsinin əsas aspektlərindən biri düşünülmüş siyasətin aparılmasıdır. Burada təbii olaraq düşünülmüş siyasət olan yerdə inkişaf olmasınıda qeyd etməliyik. Nəticə olaraq bu nöqtədə dayanırıq ki,ölkəmiz dünyada baş verən çətin şəraitdən, sınaqlardan uğurla çıxır. 44 günlük müharibə dövründə İlham Əliyev dünyanın çox sayda aparıcı informasiya vasitələrinə verdiyi müsahibələrdə əsl reallıqlar və həqiqətlər barəsində danışdı. Bununla da dünya ictimaiyyətini erməni vəhşiliyi, qəddarlığı ilə yaxından tanış etdi. Azərbaycan Silahlı Qüvvələrinin uğurlu hərbi əməliyyatları zamanı əldə etdiyimiz tarixi qələbə dünyada ölkəmizin mövqeyini daha da möhkəmləndirdi. Bu tarixi qələbə işğalçı dövləti təslim olmağa məcbur etdi və noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya tərəfindən birgə bəyanatın imzalanması ilə işğal altında olan digər ərazilərimizdə düşmən tapdağından azad edildi.

Bölgədə artıq yeni reallıq yaranıb, işğaldan azad olunmuş ərazilərdə quruculuq bərpa işlərinə start verilib. Pakistan, Türkiyə, Macarıstan, İran, Böyük Britaniya, ABŞ və digər dövlətlərin də işğaldan azad olunmuş ərazilərimizin bərpası zamanı yaxından iştirak etmək arzusunda olduğunu göstərmələri ölkəmizin beynəlxalq münasibətlərdəki əlaqələrinin daha da genişlənməsindən xəbər verir. Bu dövr ərzində ölkə başçımızın 44 günlük müharibədə də diplomatik və siyasi qələbəsi ölkəmiz haqqında olan beynəlxalq ictimai rəyin sürətlə dəyişməsi və informasiya cəbhəsində də əhəmiyyətli üstünlük qazanılması da bunu təsdiqləyir.

Azərbaycan diplomatik sahədə böyük uğurlar əldə edib və münaqişənin həll ilə bağlı müvafiq hüquqi bazada yaradılıb. Avropa İttifaqı,ATƏT,İslam Əməkdaşlıq Təşkilatı, BMT, Qoşulmama Hərəkatı və s. aparıcı beynəlxalq qurumların qərar və qətnamələri də bunu təsdiqləyir. Dünya birliyində ölkəmizin sözünü demək, özünü təsdiqləmək potensialı da istənilən səviyyədədir. Dünya birliyi üçün Şərq və Qərb dəyərlərini birləşdirməklə Ümummilli lider Heydər Əliyevin balanslaşdırılmış siyasəti ilə təsdiqləyən, dəyişən beynəlxalq münasibətlərə, beynəlxalq əhəmiyyətli uğurları ilə xalqın milli mənafelərinə, dövlətçiliyin möhkəmlənməsinə xidmət edir. İlham Əliyev qeyd etmişdir ki, “Ölkəmizin xarici siyasəti uğurlu daxili siyasətimizin davamıdır. Azərbaycanın Şərq və Qərblə, eyni zamanda Şimal və Cənub tərəfdaşlarını birləşdirən məqsəd bütünlükdə dünyada birgə əməkdaşlığa xidmət edir. Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərdə ölkəmizin ədalətli mövqeyini müdafiə edən avropadan olan parlamentarilər qeyd edirlər ki, Azərbaycan daim öz sülhsevər siyasəti ilə diqqət çəkir və demokratik yüksək inkişaf yolu ilə irəliləyir. Məhz Qoşulmama hərəkatında Qarababağ münaqişəsi ilə bağlı ölkəmizin tutduğu mövqeyin 120 ölkə tərəfindən dəstəklənməsi,dünyada aparıcı dövlətlərin bizlə əməkdaşlığa önəm verməsini yüksək şəkildə göstərməkdədir. Möhtərəm Prezident İlham Əliyev dəfələrlə iştirak etdiyi görüşlərdə,konfraslarda və sammitlərdə qeyd edib ki, “Azərbaycan həm qonşu ölkələrlə Rusiya, İran, Gürcüstan, Türkiyə həm də digər dövlətlərlə ABŞ və Avopa dövlətləri ilə münasibətləri milli maraqları çərçivəsində qurur.”

“Biz enerji diplomatiyamızı aparırıq. Biz mədəniyyət diplomatiyamızı aparırıq” söyləyən İlham Əliyev bu sözlərdən onu çatdırır ki, bizim ölkəmizin coğrafi durumu elədir ki, bizim razılığımız olmadan bu ərazidə heç bir qlobal layihənin reallaşması mümkün ola bilməz. Azərbaycan diplomatiyasının uğurlarından bəhs edərkən, Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə regional əməkdaşlığın yeni formatlarının həyata keçirilməsini xüsusi qeyd etmək lazımdır.

Azərbaycan diplomatiyasında şimal qonşumuzla da olan münasibətlərədə diqqət yetirsək bunları söyləyə bilərik ki, Azərbaycan və Rusiyanın uzunmüddətli dostluq münasibətləri ötən 30 il ərzində bu dəyərləri qoruyub saxlamağa və strateji tərəfdaşlıq çərçivəsində saxlanmasına nail olunmuşdur. Prezident İlham Əliyev Rusiya ilə münasibətlərdən danışarkən bu cür qeyd etmişdir ki, “Bizim münasibətlərimiz çoxşaxəlidir, həyatımızın praktiki olaraq bütün sahələrini əhatə edir. Azərbaycan Rusiya münasibətlərinin inkişafı bölgədə təhlükəsizliyin təmin olunması baxımından böyük əhəmiyyət daşıyır. Bundan başqa İlham Əliyevin Soçidə Rusiya Prezidenti Vladimir Putin ilə görüşü zamanı Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətləri bu cür diqqətə çatdırmışdır: “Biz münasibətlərimizin səviyyəsindən, yüksək səviyyəsindən məmnunuq. Siyasi, ticari-iqtisadi, humanitar sahələrdə fəal əməkdaşlıq edirik. Bu gün Azərbaycanla Rusiya arasında münasibətlər yüksək şəkildə inkişaf etməkdədir. Məhz Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması üçtərəfli bəyanatın qəbul olunmasında Rusiyanın burada rolunuda qeyd edə bilərik. Buda ölkələrin arasında möhkəm dostluq əlaqələri və ölkələrarası münasibətlər  və  Rusiyanın Cənubi Qafqazda sülh vəziyyətini qorunması naminə həyata keçirdiyi siyasəti əlavə edə bilərik. Bizim Rusiya ilə olan münasibətlərimiz və noyabrın bəyanatından sonra keçirilən görüşlər Soçi görüşü də daxil olmaqla Rusiya Prezidentinin görüşlərdə prezidentimiz İlham Əliyevi xüsusi şəkildə qarşılaması və ölkələr arasında münasibətlərin daha da sıx  əməkdaşlıq səviyyəsində olduğunu göstərmişdir. Hər iki dövlət başçısı Rusiya-Azərbaycan dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirib və bunun üçün zəruri tədbirlərin görüləcəyini diqqətə çatdırıb.

Azərbaycan Respublikası ilə Rusiya arasında əlaqələrin qurulmasından bugünədək təhlükəsizlik və əməkdaşlıq haqqında 200-dən artıq ikitərəfli sənəd imzalanıb. İki ölkə arasında milli maraqlara cavab verən, beynəlxalq və regional təhlükəsizliyə xidmət edən qarşılıqlı əlaqələr modeli yaradılıb. 1992-ci ilin aprelin 4-də Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlər qurulub. Rusiyanın Azərbaycanda, Azərbaycanın isə Rusiyada səfirlikləri işə başlayıb. Ulu öndərin 1997-ci il iyul ayının 2-dən 4-dək Rusiya Federasiyasının Prezidenti Boris Yeltsinin dəvətilə Rusiyaya ilk rəsmi səfəri ikitərəfli münasibətlərin qurulmasında, inkişafında əhəmiyyətli hadisəyə çevrilib. 2000-ci ildə isə Rusiya Federasiyasında Vladimir Putinin prezident seçilməsi ilə federasiyanın rəhbərliyi ölkəmizlə olan münasibətlərdə daha praqmatik vəzifələr və prioritetlər irəli sürməyə başlayıb.

Rusiya-Azərbaycan münasibətləri ehtiva etdiyi sahələrə görə çoxşaxəli olmaqla yanaşı, regional miqyaslı, qlobal xarakterli əlaqələr sistemi kimi dəyərləndirilir. Bütün sahələrdə əməkdaşlıq münasibətləri davamlı və nizamlı sürətdə inkişaf etməkdə və yeni keyfiyyət istiqamətləri əldə etməkdədir. Bu isə ümumi münasibətlər sisteminin inkişafını təmin edən strateji faktor kimi çıxış edir. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilənin 1997-ci ildə imzalanması da bugünkü münasibətlərdə də mühüm rol oynamaqdadır. Rusiya-Azərbaycan münasibətlərinin əhəmiyyəti və strateji əsaslarından bəhs edərkən bu amillərə də nəzər  yetirmək lazımdır. Bu, iki ölkə əməkdaşlığının regional təhlükəsizliyə strateji töhfələr verməsidir. Sahib olduğu resurs və potensialları ilə həm Azərbaycan, həm də Rusiya regionda təhlükəsizlik sisteminin təminatı baxımından olduqca mühüm təsir imkanlarına malikdir.

Rusiya- Azərbaycan münasibətləri regionda strateji təhlükəsizlik balansını təmin etmək iqtidarındadır və həmçinin də əməkdaşlıq və tərəfdaşlıq münasibətləri üçün də vacib zəmin rolunu oynamaqdadır. Hal-hazırda münasibətlər dinamik şəkildə inkişaf etməkdədir. Buna günümüzdə əldə edilən Rusiya ilə yeni münasibətləri qeyd edə bilərik. Əgər indiyə qədər Rusiya ilə olan münasibətlər strateji tərəfdaşlıq çərçivəsində idisə, artıq 22 fevral 2022-ci ildən etibarən Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimi Putin tərəfindən imzalanmış “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaaliyyəti haqqında bəyannamə” münasibətləri strateji müttəfiqlik çərçivəsinə çıxarmışdır. Tərəflər arasında imzalanmış müttəfiqlik bəyannaməsi 43 maddədən ibarətdir. Rusiya və Azərbaycan öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti əsasında qurur, beynəlxalq problemlər üzrə eyni və ya yaxın mövqelər tutmaqla və  eyni zamanda ikitərəfli səviyyədə daxil olmaqla konstruktiv əməkdaşlığı formalaşdırırlar, eləcə də qarşılıqlı maraq kəsb edən məsələlər üzrə forumlar və beynəlxalq təşkilatlar daxilində qarşılıqlı fəaliyyət göstərirlər. Bəyannamənin 1 və 2-ci maddələrində qeyd olunur:

1. Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti,iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar.

2. Rusiya Federasiyası və Azərbaycan Respublikası öz milli maraqlarının müdafiəsinə yönəlmiş müstəqil xarici siyasət yürüdürlər.

Rusiyanın 44 günlük müharibə zamanı Azərbaycanla olan tərəfdaşlıq münasibətlərini daha da yüksəldəcəyi gözlənilən idi. Azərbaycan Respublikası uzun müddətdir ki, yerləşdiyi Cənubi Qafqaz regionunda şimal qonşusu olan Rusiya Federasiyası ilə ikitərəfli münasibətlərə daha çox diqqət etdiyini həm sözdə həm də əməldə göstərmişdir.

Azərbaycan və Rusiya arasında münasibətlərin daha da inkişafına həm də Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında mövcud olan etibarlı dostluq əlaqələri mühüm təsir edir. Dövlət başçıları arasında bu cür səmimi və sadiq münasibətlərin olması həmdə xalqların təhlükəsizlik və rahat şəraitdə yaşaması üçün zəruri amillərdəndir. Cənab Putin deyib ki, “İlham Əliyevin Moskvaya səfəri ikitərəfli münasibətlərdə əlamətdar hadisəyə - diplomatik münasibətlərin yaradılmasının 30 illiyi ərəfəsindədir. Bu gün biz Qarşılıqlı müttəfiqlik əlaqələri haqqında Bəyannamə imzalayacağıq. Tamamilə aşkardır ki, bu, bizim münasibətlərimizin inkişafında yeni mərhələdir və şübhəsiz, bu, o cümlədən bütövlükdə hələ sona qədər nizamlanmamış, lakin həllində irəliləyiş əldə edilmiş Qarabağ münaqişəsinin tənzimlənməsinə nail olduqdan sonra mümkün olub".

Azərbaycanın tarixi qələbəsinin göstərdiyi reallıqlar çərçivəsində meydana gələn yeni əməkdaşlıqların yaradıcısı kimi çıxış edən ölkəmizin ötən ilin iyununda qardaş Türkiyə ilə müttəfiqlik sənədini, bu il “Azərbaycan  Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin imzalanması da postmünaqişə dövrünün reallıqları təqdimatında xüusi rol oynamaqdadır. Ölkələr arasında bağlanmış olan hər iki sənəd dövlətlərin müttəfiqlik əlaqələrinin inkişafında əhəmiyyətli rol oynayacaq. Türkiyə və Azərbaycan arasında 15 iyun 2021-ci il tarixində imzalanan Şuşa Bəyannaməsi iki qardaş dövlət arasındakı münasibətlərdə böyük rol oynadı və  iqtisadi, hərbi-siyasi sahədə müttəfiqliklərini rəsmi şəkildə elan etdi. Bu Bəyannamə iki dövlət arasında müttəfiqliklə yanaşı, Azərbaycan Respublikası üçün əlavə zəmanət də demək idi.

Bəyannamədə deyilir ki, “Tərəflərdən  hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər.

44 günlük müharibədən sonra Prezident İlham Əliyevin uzaqgörən siyasətindən irəli gələrək həm Rusiya, həm də Türkiyə ilə imzalanan bu müttəfiqlik müqavilələrinin imzalanması Azərbaycanı Cənubi Qafqaz regionu daxilində rolunu artırdı. Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra  Cənubi Qafqazda formalaşmış yeni siyasi mühitin  əsas iştirakçıları Rusiya, Azərbaycan və Türkiyədir. Azərbaycanın hər iki ölkə ilə müttəfiqlik bəyannamələrini imzalaması bu yeni siyasi mühiti  rəsmən təsbit edir. Moskva və Şuşa bəyannaməsinin imzalanmasından sonra Azərbaycan ilin birinci  yarısında  Avropa İttifaqı (Aİ) ilə ikitərəfli saziş üzrə danışıqları bitirmək və sazişi imzalamaq niyyətindədir.Bu müttəfiqlik bəyannamələri nəticəsində ölkəmiz bu uğuru əldə etdi ki, regionda təhlükəsizliyi və sülhü qorumaq yolunda dövlətlərlə bərabər güclü bir qalxan yaratdı.

Bu çərçivədən deyə bilərik ki, Azərbaycanla Rusiya arasında olan müttəfiqlik münasibətləri regionda təhlükəsizliyi daha da artıracaqdır və gələcək münasibətlərə güclü təkan  verəcəkdir. Bundan başqa həm bizim Rusiya olan müsbət münasibətimiz həm də Rusiyanın Azərbaycana olan xoş münasibəti bölgədə böyük dostluq münasibətlərini gözəl şəkildə davam etdirəcəkdir.

Azərbaycan və Rusiya arasında imzalanmış müttəfiqlik haqqında sənədin Ermənistan-Rusiya arasında mövcud olan münasibətlərə qismən də olsa yarana biləcək problem olmaq ehtimalı var. Ölkəmizlə Rusiyanın bu cür sənədi imzalanmasını Ermənistan özü ilə Rusiya arasında olan əlaqələrə mənfi təsir göstərən amil kimi dəyərləndirə bilər. Bunuda qeyd etmək lazımdır ki,eyni məzmunlu bəyannamə Ermənistan-Rusiya arasında 2000-ci ildə imzalanmışdı. Rusiya birmənalı olaraq Ermənistanı zaman-zaman özünə müttəfiq adlandırsa da, buna baxmayaraq ölkəmizi Rusiya çox vacib bir tərəfdaş olaraq qiymətləndirir. Bəyannamə həmçinin Azərbaycan Respublikasının Ermənistan üzərindəki siyasi təsir və təzyiqini də daha da artıra bilər. Belə ki, Ermənistanın hər zaman dilə gətirdiyi və ümid etdiyi KTMT-nin Azərbaycana qarşı ata biləcəyi addımlarının qarşısı alınır.

Moskvada imzalanmış müttəfiqlik bəyannaməsindən sonra Prezident İlham Əliyevin Ermənistan silahlı qüvvələrinə məxsus hərbçilərin Qarabağdan çıxarılması prosesini vurğulaması, artıq Ermənistan Azərbaycan münasibətlərində Rusiyasının bu bəyannamənin tələblərinə uyğun olaraq Azərbaycanı tam şəkildə dəstəkləyəcəyinə bərabərdir.

Məhz imzalanmış bəyannamənin nəticəsi olaraq deyə bilərik ki, birinci olaraq Rusiya və Azərbaycan arasında imzalanan sənədlə Azərbaycan regionda yeni təhlükəsizlik zəmanəti qazanır, ikinci Ermənistanın yeni fazada sıxışdırılması bununlada dəqiqləşir, üçüncü isə bu sənəd Türkiyə ilə imzalanmış Şuşa bəyannaməsini qüvvədən salmır. 

Moskva bəyannaməsi Azərbaycanı regional güc olaraq daha təhlükəsiz və dünya investorları üçün təhlükəsiz iqtisadi potensialı yüksək olan ölkə kimi nüfuzunu artırır. Müttəfiqlik bəyannaməsi Qarabağın yeniden qurulmasl, Zəngəzur dəhlizinin təhlükəsizliyi, həmçinin də gələcək Azərbaycan-Rusiya münasibətləri baxımından çox önəmlidir.

Qeyd edilənlərin hamısı əyani şəkildə göstərir ki, Azərbaycan-Rusiya münasibətlərinin qarşısıalınmazdır və əməkdaşlıq xarakteri aldığını bir daha sübut edir və bu münasibətlər inkişafın ən yüksək, ən dayanıqlı xətti üzrə davam etməkdədir. Heç bir güc və qüvvə də bunun qarşısında dayanmaq qüdrətində deyil.

Nəticə olaraq deməliyik ki, dünyada baş verən hadisələrə, xüsusən də son dövrlərdəki geosiyasi vəziyyətin dəyişməsi və siyasi hadisələrə baxanda, düşünmək olar ki, nə yaxşı ki, bizim İlham Əliyev kimi müdrik, reallıqları düzgün və zamanında qiymətləndirən dövlət başçımız, ali baş komandanımız var.

YAP Nərimanov rayon təşkilatının sədri

Samir Vəliyev