YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputat Qazıqumlaq kəndində seçiciləri ilə görüşüb

Milli Məclisin deputatı Ramil Həsən Ucar rayon Qazıqumlaq kənd Mədəniyyət evində Qazıqumlaq, Məlikballı, Qaradağlı, Çiyni kəndlərindən olan seçiciləri ilə görüş keçirib.

Əvvəlcə Ramil Həsən Yeni Azərbaycan Partiyası Ucar rayon Təşkilatının sədri Şəhla Abdullayeva ilə birlikdə Qazıqumlaq kəndində ümummilli lider Heydər Əliyev və görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın xatirəsinə ucaldılmış abidələri ziyarət edib, önlərinə çiçəklər qoyublar. Daha sonra Qazıqumlaq kəndinin mərkəzində şəhidlərin əziz xatirəsinə yaradılmış abidə kompleksi ziyarət edilib və əziz ruhlarına dualar oxunub.

Seçicilərlə görüş zamanı deputat vətəndaşların problemlərini, təklif və tələblərini diqqətlə dinləyib, onları narahat edən məsələlərin qanun çərçivəsində öz həllini tapması üçün müvafiq qurumlara çatdırılması müzakirə olunub. Görüşdə bir qisim seçici artıq həllini tapmış məsələlərlə bağlı deputata dərin təşəkkürlərini ifadə ediblər.

Qaldırılan məsələlər daha çox əlillik pensiyalarının bərpası, kənd örüş torpaqlarının geri qaytarılması, kənd arxlarında su çatışmazlığı, sahibkarlıq məqsədilə torpaq sahələrinin ayrılmasına dəstək, işsizlik, sosial problemlərin həlli, o cümlədən hüquqi məsələlərlə bağlı olub.  Şikayətlər deputat tərəfindən dinlənildikdən sonra lazımi tapşırıqlar verilib və qısa müddətdə əhalinin bu qəbildən olan tələb və təkliflərinin müvafiq dövlət qurumlarına çatdırılması ilə bağlı tədbirlər görüləcəyi bildirilib.